Dünyada qaranlıqda işıq saçan ən böyük park salınıb

Dünyada qaranlıqda işıq saçan ən böyük park salınıb
18:53 18 Dekabr 2015
80 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 17 dekabr, AZƏRTAC
Dubayda qaranlıqda işıq saçan park açılıb. Dünyada ən böyük belə park “Dubai Garden Glow” adlanır. Bu park O, Dubayın “Zabeel Park”ında yerləşir və ölkənin ən qeyri-adi və cəlbedici görməli yerlərindən biri olmağa namizəddir.
Yerli KİV-ləri xəbər verir ki, işıq saçan sehrli bağın ərsəyə gəlməsində dünyanın hər yerindən 150-dək usta və rəssamın zəhməti var.
Parka gələnlər Afrika savannasının işıq installyasiyalarını, Əbu-Dabidə yerləşən böyük şeyx Zayed məscidinin, Bürc-Xəlifə göydələninin və kainatın digər möcüzələrinin işıq installyasiyalarını görə biləcəklər. İşıq saçan “Dubai Garden Glow” parkı dünyanın ən böyük parkıdır və onun yaradıcıları artıq “Ginnesin Rekordlar Kitabı”na müraciət ediblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunyada_qaranliqda_isiq_sachan_en_boyuk_park_salinib-912512

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR