Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sürücü piyadanı vurub qaçdı - ŞİRVANDA

Sürücü piyadanı vurub qaçdı - ŞİRVANDA

Date: 18 December 2015 18:59

 

Şirvan şəhərində piydanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 18.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

 

Şəhər sakini, həmin ünvanda yaşayan 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

 

Açıq kəllə-beyin travması, çoxsaylı sınıq xəsarətləri alan qadın Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

 

Hazırda naməlum avtomobilin və sürücünün axtarışları davam etdirilir.


Tags:  Sürücü piyadanı vurub qaçdı ŞİRVANDA

RƏYLƏR


Top news