"Real"ın sabiq baş məşqçisi Karlo Ancelotti iyuldan etibarən "Bavariya"nı çalışdıracaq.
Pep Qvardiola "Bavariya"dan ayrılmağa qərar verib və artıq bu barədə klub rəhbərliyini məlumatlandırıb. "La Gazzetta dello Sport"un xəbərinə görə, Karlo Ancelotti "Mançester Yunayted" və "Çelsi"nin təkliflərinə yox deyib. İtalyan mütəxəssissin "Bavariya"ya rəhbərlik edəcəyi gözlənilir. Müqavilə 3 il müddətinə nəzərdə tutulacaq.
Xatırladaq ki, Ancelotti daha öncə "Parma", "Yuventus", "Milan", "Çelsi", PSJ və "Real"ı çalışdırıb. 3 dəfə Çempionlar Liqasının qalibi olan 56 yaşlı çalışdırıcı həmçinin İtaliya, İngiltərə və Fransa çempionatlarında da zəfər yaşayıb.