Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ölkəmizdə atüstü milli oyunların keçirilməsinə göstərilən diqqət bizi çox sevindirir

Ölkəmizdə atüstü milli oyunların keçirilməsinə göstərilən diqqət bizi çox sevindirir

Date: 18 December 2015 19:28


Şəki, 18 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Son illər ölkəmizdə atüstü milli oyunların keçirilməsinə dövlətimiz tərəfindən göstərilən diqqət bizi çox sevindirir. Çövkən yarışları da qədim atüstü milli oyunlarımızdan biridir. Komandamız Prezident Kuboku uğrunda çövkən milli oyununda ilk dəfədir iştirak edir. Bu oyunlarda iştirak etməyi çoxdan arzulayırdıq. Sevinirik ki, yubiley oyunlarında biz də təmsil olunuruq. Tərtərlilər adından bu oyunların təşkilatçılarına minnətdarlığımızı bildiririk.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Prezident Kuboku uğrunda X çövkən milli oyunu üzrə Şəkidə keçirilən yarışlar çərçivəsində Tərtər rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov deyib.
Həm tamaşaçı, həm də komandanın rəhbəri kimi oyunlardan böyük zövq aldığını vurğulayan şöbə müdiri komandanın debütünün uğurlu alındığını, keçirdikləri ilk iki oyunda qalib gəldiklərini, növbəti görüşdə isə güclü Şəki komandasına məğlub olmalarından heç də təəssüflənmədiklərini bildirib.
Gündüz Mürsəlov Tərtərdə atüstü milli oyunların təbliğinə diqqətin artırılacağını, komandanın gücləndirilməsi üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıb.

Tags:  Ölkəmizdə atüstü milli oyunların keçirilməsinə göstərilən diqqət bizi çox sevindirir


RƏYLƏR


Top news