Hərbçilərin dəfn qaydası dəyişdirildi

Hərbçilərin dəfn qaydası dəyişdirildi
19:36 18 Dekabr 2015
62 Digər
Ölkə mətbuatı
A- A+

Həlak olan hərbi qulluqçuların yüksək ehtiramla dəfn edilməsi üçün qanuna dəyişiklik edildi. ANSPRESS-in məlumatına görə, bundan sonra dəfn edilən hərbçinin tabutu Azərbaycan bayrağına bürünəcək.

Milli Məclis Azərbaycanın hərbi qulluqçuların dəfn qaydalarının dəyişdirilməsi barədə qanun layihəsini qəbul edib. Həmin sənəd qanunvericilik təşəbbüsü qaydasında prezident İlham Əliyev tərəfindən parlamentə göndərilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında”“ qanun layihəsi barəsində Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib.


Ziyafət Əsgərov - Milli Məclisin vitse-spikeri


“Məqsəd hərbçilərin dəfn mərasimlərinin təşkili və keçirilməsinin prosedur qaydalarının təkmilləşdirilməsidir. 1994-cü ildə qəbul edilən nizamnamənin 18-ci fəsli yeni redaksiyada verilib. Burada bildirilir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar vəfat etmiş hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış 20 il və daha çox xidmət etmiş ali və baş zabitlərin, “Şöhrət” ordeni" və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış və qanunlarda nəzərdə tutulmuş digər şəxslərin dəfn mərasiminin təşkili və keçirilməsi zamanı hərbi ehtiram göstərilir. Ehtiramın göstərilməsi zamanı hərbçilərin tabutu Azərbaycanın Dövlət bayrağı ilə örtüləcək”.

Yeni qanun layihəsində həmçinin həlak olan hərbçinin dəfn mərasiminə dəvət olunan müxtəlif dövlət orqanları və QHT nümayəndələrindən ibarət fəxri qaravulun düzülməsi yer alıb. Habelə, şəhid adı verilən hərbi qulluqçuların xatirəsinə ehtiram olaraq hərbi hissələrdə xüsusi guşənin yaradılması nəzərdə tutulub.

Yeni layihəyə həmçinin dəfn mərasimlərinin təşkili və qaydaları adlı 16 saylı əlavə daxil edilib. Burda isə vəfat etmiş hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barədə məlumatlandırma, onların əşyaları, cənazənin dəfn yerinə gətirilməsi, dəfn mərasiminin keçirilməsi və digər məsələlər öz əksini tapıb.

“Azərbaycan Silahlı Qüvvələrinin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsi” 1994-cü il sentyabrın 23-də qəbul edilib.

Son vaxtlaradək xidməti-döyüş tapşırığını yerinə yetirərkən dünyasını dəyişmiş hərbi qulluqçuların dəfn mərasimləri bəzi hallar istisna olmaqla, adi qaydada təşkil olunurdu.


Xarici ölkələrə nəzər saldıqda, müəyyən fərqlər olsa da, hərbi qulluqçuların dəfnində əsas qaydalar demək olar ki, eynidir. Məsələn, ABŞ hərbi sisteminin protokoluna görə, ölkənin bütün hərbi veteranları təntənəli dəfn olunmaq hüququna malikdirlər. Dəfn prosesində fəxri müşayiət təşkil edilir ki, burda ayrı-ayrı bölmələrin hərbi qulluqçuları yer alır. Bundan başqa, mərasimdə hərbi orkestrin, cənazə üçün qarovul və dəfn zamanı əsgərlərin müşayiəti mütləqdir.

Cənazə son mənzilə xüsusi avtomobillərdə aparılır. Cənazənin üzərinə ABŞ bayrağı və hərbi qulluqçunun baş geyimi qoyulur. Sonda hərbçinin xidmət dövründə təltif olunduğu orden və medallar nümayiş etdirilir. Cənazənin torpağa tapşırılması zamanı dövlət himni səslənir. Himn 3 yaylım atəşi ilə müşayiət olunur. 1938-ci ildən başlayaraq Amerikada dövlət dəfnləri zamanı hərbi təyyarələr xüsusi düzülüşdə uçuş həyata keçirir.


ABŞ-da hərbçinin dəfn mərasimi


Böyük Britaniyada da hərbi dəfnlər zamanı hərbi qulluqçunun dövlət bayrağına bürünmüş cənazəsi hərbi hissələrin yerləşdiyi küçələr boyu aparılaraq qəbiristanlığa yönəldilir. Bu zaman cənazəni müşayiət edən fəxri qarovul dəstəsi əllərindəki silahları qundağı aşağı vəziyyətdə saxlayırlar.


Böyük Britaniyada hərbçinin dəfn mərasimi


Qonşu Türkiyədə də həlak olan hərbçilər xüsusi ehtiramla son mənzilə yola salınır. Şəhidlərin dəfninə güc strukturlarının rəsmilərinin, eləcə də dövlət xadimlərinin qatılması həlak olan hərbçiyə xüsusi hörməti göstərir.


Türkiyədə şəhid dəfni





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Nabi Keytanın transferi ilə əlaqədar razılıq əldə olundu

23 İyul 2017 10:57

"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib

23 İyul 2017 10:57

Türkiyədə 4 bal gücündə zəlzələ

23 İyul 2017 10:52

15 il sonra qəbri açdılar -

23 İyul 2017 10:49

"Azərbaycan və Rusiya liderlərinin münasibətinin səviyyəsi əlaqələrin səmərəliliyini müəyyən edir"

23 İyul 2017 10:47

Azərbaycan çaylarında suyun səviyyəsi xeyli azalıb

23 İyul 2017 10:44

Görün zibil deyib atdıqlarımız nələrə yarayır - Maraqlı üsullar

23 İyul 2017 10:43

Səfəvilər dövlətinin döyüş bayrağı satışa çıxarıldı - QİYMƏT

23 İyul 2017 10:39

Qubanın Qəçrəş kəndində piyadanı maşın vurub

23 İyul 2017 10:37

Bakıda qonşular arasında DAVA: Xəsarət alan var

23 İyul 2017 10:37

Bakıda yanğına görə təxirə düşən imtahanın vaxtı AÇIQLANDI

23 İyul 2017 10:34

Bakıda piyada keçidində quldurluq

23 İyul 2017 10:27

Ruh təsadüfən kameraya düşdü -

23 İyul 2017 10:23

Çaylarda sululuq səviyyəsi açıqlandı

23 İyul 2017 10:22

Pentaqondan kimyəvi silah AÇIQLAMASI

23 İyul 2017 10:17

Azərbaycanda yeni futbol klubu yaradıldı

23 İyul 2017 10:12

Şəkidə iki nəfər dərmandan zəhərləndi

23 İyul 2017 10:05

Azərbaycan Bolqarıstanla əməkdaşlığı genişləndirə bilər - ENERJİ SAHƏSİNDƏ

23 İyul 2017 10:05

Bakıda dəniz limanında dəhşətli hadisə: ÖLƏN VAR – TƏFƏRRÜAT

23 İyul 2017 09:59

Nuranın çimərlik geyimində fotosu

23 İyul 2017 09:57

Məşhur aktrisanın halı qəfil pisləşdi -

23 İyul 2017 09:57

Cəbhədən SON XƏBƏR

23 İyul 2017 09:47

Pentaqon: Rusiya Vaşinqton üçün çox ciddi təhlükədir

23 İyul 2017 09:47

Şəkidə məktəb yanıb

23 İyul 2017 09:44

Ermənilər atəşkəsi 126 dəfə pozdu

23 İyul 2017 09:43

Xaçmazda 4 mağaza yandı

23 İyul 2017 09:42

Ermənilər Tovuz və Qazaxın kəndlərini atəşə tutub

23 İyul 2017 09:39

Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan Azərbaycan ordusunun mövqelərini atəşə tutub

23 İyul 2017 09:37

Bakıda atıcılıq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olub

23 İyul 2017 09:37

Bir-birinə bitişik 4 mağaza yandı - MƏRKƏZİ BAZARDA

23 İyul 2017 09:29

Youtube İŞİD-ə qarşı funksiya hazırlayır

23 İyul 2017 09:27

“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?

23 İyul 2017 09:24

Ağdam rayonunun işğalından 24 il keçir

23 İyul 2017 09:24

Türkiyədə mədən çökdü - Ölən var

23 İyul 2017 09:22

Piyada keçidində yaşlı kişi quldur hücumuna məruz qalıb

23 İyul 2017 09:17

İdman növünün adı dəyişdirildi

23 İyul 2017 09:17

Yunanıstanda iki güclü zəlzələ oldu

23 İyul 2017 09:05

Sumqayıtda 8 mənzil yandı

23 İyul 2017 09:05

"Yutub"da İŞİD-ə baxmaq istəyənləri NƏ GÖZLƏYİR?

23 İyul 2017 08:58

Nüfuzlu narkobarona 30 illik həbs cəzası verilib

23 İyul 2017 08:57

Bakıda 1 yaşlı uşaq binanın 3-cü mərtəbəsindən yerə yıxılıb

23 İyul 2017 08:52

Qaldırıcı kran sındı: 7 ölü, 2 yaralı

23 İyul 2017 08:38

Türkiyədə "Qarabağ" parkının açılışı olub

23 İyul 2017 08:32

Əsrlər boyu dənizin altında gizlənən 2 tonluq balıq tapıldı - VİDEO

23 İyul 2017 08:23

ABŞ Ankaranın “S-400” almaq niyyətindən narahatdır

23 İyul 2017 08:19

İrandan gözdağı -

23 İyul 2017 08:18

Pentaqon: Rusiya və İran arasında tezliklə rəqabət başlayacaq

23 İyul 2017 08:04

Günvurmanın qarşısını alan çay

23 İyul 2017 08:03

Fələstin İsrailə raket atdı

23 İyul 2017 07:47

Mayli Sayrus təbiət qoynunda - FOTO

23 İyul 2017 07:32