Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Həyat özü insana nələrisə öyrədir" - İlkin Fikrətoğlu

"Həyat özü insana nələrisə öyrədir" -   İlkin Fikrətoğlu

Date: 18 December 2015 19:47

İdman Araşdırmalar Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğuda "İlin ən yaxşı jurnalisti" adına ATV kanalının əməkdaşı İlkin Fikrətoğlu layiq görülüb. Fanat.az xəbər verir ki, bu münasibətlə Fikrətoğlu öz fikirlərini bildirib:


- Sözün düzü bu mükafatı almağım mənim üçün sürpriz oldu. Çünki bu il mən jurnalistikada, yaradıcılıq sahəsində qeyri-adi bir fəallıq göstərməmişdim. Yalnız Avropa Oyunları zamanı ikiqat enerji ilə işləyirdik. Həmin vaxt da özümü xüsusi fərqləndirmək istəməzdim. Təkcə mən yox,, bütün idman mediası Avropa Oyunlarında böyük əzimlə çalışdı. Mənə səs verən həmkarllarıma təşəkkür edirəm.


-  Deməli, ilin ən yaxşı jurnalisti mükafatına layiq görülməyiniz sizi təəccübləndirdi?

- 10-15 il öncə bu mükafat verilsəydi, mənim üçün təəccüblü olmazdı. Çünki həmin vaxt jurnalistika ilə daha aktiv məşğul olurdum. O, illərdə qismət olmayıb, görünür ki, həmkarlarım mənə jest olaraq bu seçimi ediblər.


- Mükafat alan zaman bir neçə həmkarınızın adını çəkdiniz ki, onlar da bu mükafata layiq idilər.

- Bəli, gənc olduğu üçün Emin Səfərova səs vermişdim. "Futbol+” qəzetinin əməkdaşı Sərxan Musalı da bu ada layiq idi. Çünki bu il çox həvəslə işlədiyini bilirəm. Ümumiyyətlə, 3-4 jurnalist var idi ki, onlara səsə verə bilərdim.


- İlin jurnalisti kimi bu sahəyə yeni gələnlərə tövsiyəniz nədir?

- Mənim üçün tövsiyə vermək hələ tezdir. Bir yerdə ki, Məzahir Süleymanzadə kimi usta qələm sahibindən mükafat alıram, gənclərə tövsiyə verməyim düzgün olmaz. Onu deyə bilərəm ki, idman jurnalistləri arasında həqiqətən də istedadlı yazar çoxdur. Həyat özü insana nələrisə öyrədir. Onlar da öyrənə-öyrənə müəyyən zirvəyə çatacaqlar. 


qol.az


Tags:  Həyat özü insana nələrisə öyrədir İlkin Fikrətoğlu

RƏYLƏR


Top news