Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qadın vuran sürücü hadisə yerindən qaçdı

Qadın vuran sürücü hadisə yerindən qaçdı

Date: 18 December 2015 19:47

Şirvan şəhərində piydanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, APA-nın xəbərinə görə, hadisə bu gün saat 18.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, həmin ünvanda yaşayan 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Açıq kəllə-beyin travması, çoxsaylı sınıq xəsarətləri alan qadın Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Hazırda naməlum avtomobilin və sürücünün axtarışları davam etdirilir.

Milli.Az


Tags:  Qadın vuran sürücü hadisə yerindən qaçdı

RƏYLƏR


Top news