Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Masallıda partlayış: azyaşlı qız və anası yaralandı

Masallıda partlayış: azyaşlı qız və anası yaralandı

Date: 18 December 2015 19:52

Masallı rayonunun Türkoba kəndində su qızdırıcısının partlaması nəticəsində 10 yaşlı Gülnar Dəyanət qızı Hacızadə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə kənd sakini Şabala Ağaxan oğlu Ağayevə məxsus yaşayış evinin hamamında baş verib. 

Su qızdırıcısında yaranan nasazlıq səbəbindən ətrafa qaynar su dağılıb. Uşağın anası övladını yanmaqdan qurtararkən özü də qismən yanıq xəsarəti alıb. 

Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının həkimləri termiki xəsarətlər alan qızı dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Zəruri tibbi yardımlar göstərildikdən sonra sarğı nahiyəsindən 2-3 dərəcəli yanıq xəsarətləri alan yaralının vəziyyəti qənaətbəxş sayılır.

Milli.Az


Tags:  Masallıda partlayış azyaşlı qız anası yaralandı

RƏYLƏR


Top news