Xalça Muzeyində xeyriyyə aksiyası başlayıb

Xalça Muzeyində xeyriyyə aksiyası başlayıb
19:53 18 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Azərbaycan Xalça Muzeyində “Xeyr deməyin, xeyir eləyin!” adlı xeyriyyə aksiyası başlayıb. Dekabrın 20-dək davam edəcək aksiya çərçivəsində satış-sərgi də təşkil olunub.
AZƏRTAC xəbər verir ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə reallaşan xeyriyyə aksiyasında “Sehrli aləm” Cəmiyyətinin üzvü, rəssam, dizayner, Moldova təmsilçisi, əslən Qaqauz türkü olan Kirçu Yekaterinanın hazırladığı “Yeni il aksesuarları”nın sərgi və satışı həyata keçirilir. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yeni il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar hazırlayıb.
Xalça Muzeyinin direktoru, professor Röya Tağıyeva və Kirçu Yekaterina çıxış edərək bildiriblər ki, sərgini keçirməkdə məqsəd uşaqları sevindirmək, onlarda bayram əhval-ruhiyyəsi yaratmaqdır. Qeyd olunub ki, aksiyadan əldə olunan vəsait Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürüləcək.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının prezidenti Gülnarə Hüseynova aksiyanın təşkilatçılarına minnətdarlıq edib.
Qeyd edək ki, xeyriyyə aksiyası ilə yanaşı, Azərbaycan Xalça Muzeyində “Uşaq Muzeyi”nin hazırladığı müxtəlif rəngarəng proqramlar təqdim olunur.








Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalcha_Muzeyinde_xeyriyye_aksiyasi_baslayib-912545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR