Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Dekabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 18 Dekabr
20:14 18 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
Neftin ucuzlaşmasında birbaşa iştirak edən tərəflər qəfildən sözləşmiş kimi qara qızılın bahalaşa biləcəyini bəyan edirlər. OPEK rəsmisinin ardınca biznes dünyasının media lokomotivi olan “Bloomberg” də İŞİD faktorunu önə çəkərək bahalaşmanın ola biləcəyinə işarə vurur. Daha sonra ABŞ neftin bahalaşmasına təsir edə biləcək qərarı açıqlayır, Ağ Ev İrana qarşı sanksiyaların daha da sərtləşdiriləcəyini bildirir. Proses bununla bitmir, Qərb mediasında Rusiyanın Əsədi istefaya razı saldığı barədə silsilə xəbərlər dərc olunur. Təqribi mənzərə belədir - neft bahalaşır, İŞİD yenidən güclənir, Əsədin mövqeləri zəifləyir. Yəni Yaxın Şərqdə durum təxminən bir il əvvələ qayıdır. Maraqlı məqam odur ki, bütün bu bəyanatlar Con Kerrinin Rusiyaya təcili səfərindən sonra verilir. Kerri ilə planlaşdırılan bir saat əvəzinə üç saat yarım təkbətək danışıq aparan Vladimir Putinin “ABŞ çox konstruktiv təkliflər səsləndirdi, təkliflərin bir qismi üzərində düşünməyə dəyər” açıqlamasını diqqətdən qaçırmaq olmaz. Hələlik Kerrinin Moskvaya hansı təkliflər apardığını təxmin etmək çətindir, amma istər hər iki tərəfdən verilən bəyanatlar, istərsə, qlobal sistemin aparıcı oyunçularının sürpriz açıqlamaları göstərir ki, ABŞ-la Rusiya arasında hansısa razılaşmalar var. Bu səbəbdən Moskva-Vaşinqton xəttində baş verənləri və hər iki fövqəldövlətin müttəfiqlərinin davranışlarını ikiqat diqqətlə izləməkdə yarar var. Dünyada nələrsə doğrudan dəyişir...
 
Vüqar MƏSİMOĞLU


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR