Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytı Milli Net Mükafatına layiq görülüb

Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytı Milli Net Mükafatına layiq görülüb
20:22 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ Bakı Biznes Mərkəzində Milli İnternet Mükafatı – Milli Net 2015 qaliblərinin təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytı olan www.mct.gov.az Milli Net Mükafatının “Elektron hökumət" nominasiyası” üzrə III yerə layiq görülub.
"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.
Müsabiqədə 14 nominasiya üzrə 299 sayt müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Səsvermə üç istiqamət üzrə iki mərhələdə keçirilib.
Qeyd edək ki, Milli İnternet Mükafatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və "Azercell" şirkətinin baş sponsorluğu ilə həyata keçirilib. 

Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/medeniyyet-ve-turizm-nazirliyinin-resmi-internet-sayti-milli-net-mukafatina-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR