Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdafiə Nazirliyi: Cəbhədə gərginliyin səbəbkarı birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyidir

Müdafiə Nazirliyi: Cəbhədə gərginliyin səbəbkarı birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyidir

Date: 18 December 2015 20:47

Bakı. 18 dekabr. REPORT.AZ/ "Cəbhədə davam edən gərginliyin səbəbkarı birbaşa Ermənistanın məsuliyyətsiz və cinayətkar rəhbərliyidir".
"Report"un məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ermənistan saytlarının Azərbaycan Ordusunun itkiləri barədə yaydığı xəbərlərlə əlaqədar bildiriblər.
Qeyd edilib ki, qoşunların təmas xəttində düşmənin fəallığının qarşısı Azərbaycan əsgərinin qabaqlayıcı tədbirləri və gücü hesabına qətiyyətlə alınır. Erməni tərəfi verdiyi xeyli sayda itkilərə haqq qazandırmaq məqsədilə bizim guya itki verməyimiz barədə şişirdilmiş və yalan xəbərlər yayır.
“Cəbhədəki vəziyyət barədə gündəlik, itkilərilərimiz haqqında isə dəqiq və vaxtında məlumatlar tərəfimizdən ictimaiyyətə çatdırılır. Hazırda əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır və cinayəkar rejimin silahlı birləşmələri işğal olunmuş torpaqlarımızdan tam çıxarılanadək onlara qarşı lazım olan bütün ciddi tədbirlər görüləcək”, - Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Tags:  Müdafiə Nazirliyi Cəbhədə gərginliyin səbəbkarı birbaşa Ermənistanın məsuliyyətsiz cinayətkar rəhbərliyidir

RƏYLƏR


Top news