Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

XİN: Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək

XİN: Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək

Gürcüstan: Şengenə artıq vizasız da getmək olar (28 Mart 2017 22:27)
Bu gündən Avropaya vizasız gedə biləcəklər (28 Mart 2017 09:22)
Bu gündən Gürcüstan vətəndaşları Avropaya vizasız səfər edəcəklər (28 Mart 2017 03:04)

Tarix: 18 Dekabr 2015 20:52

Bakı. 18 dekabr. REPORT.AZ/ Avropa Komissiyasının hesabatına əsasən, müəyyən edilmiş prosedurlar başa çatdıqdan sonra Gürcüstan vətəndaşları Şengen zonasında vizasız hərəkət edə biləcəklər.
"Report"un "Qruziya Online"a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan XİN-in açıqlamasında bildirilir.
"Gürcüstan və Avropa İttifaqı arasında mövcud olan əməkdaşlığı nəzərə alaraq, 2016-cı ilin əvvəlində Avropa Komissiyası Avropa İttifaqının 539/2001 qərarına düzəlişlərin edilməsinə dair rəsmi təklif irəli sürəcək. Təkliflər qəbul edildikdən sonra Gürcüstan vətəndaşları Şengen ölkələrinə vizasız gedə biləcəklər", - məlumatda deyilir.
Dekabrın 18-də Avropa Komissiyasının dərc etdiyi hesabata görə, Gürcüstan tərəfindən Viza rejiminin liberallaşdırması üzrə hərəkət planının ikinci fazasının dörd bloku üzrə tələblərin yerinə yetirilməsi Avropa və beynəlxalq standartlara uyğundur. 

Teqlər:  XİN Gürcüstan vətəndaşları Avropaya vizasız gedəcək



RƏYLƏR


Top xəbərlər