"Çovdarov dedi ki, elə eləmə səni jurnalist Elmarın, Ziya Bünyadovun, Rail Rzayevin yanına göndərək"

"Çovdarov dedi ki, elə eləmə səni jurnalist Elmarın, Ziya Bünyadovun, Rail Rzayevin yanına göndərək"
20:52 18 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Dedilər, denən, Qarabağ ermənilərindi, səni buraxaq - Murad Köhnəqala yazır... (26 Fevral 2017 20:48)

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev ölkə rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və KİV-lərə yeni müraciət ünvanlayıb.

Milli.Az-ın məlumatına görə, müraciətin bir nüsxəsini də "Yeni Müsavat"a göndərən E.Abdullayev müraciətində Akif Çovdarovun gizli həbsxanası barədə ilginc təfərrüatları yazıb. Bundan başqa, sabiq rektor milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşü barəsində də bu günə qədər açıqlamadığı detallardan bəhs edib.

Keçmiş ABU rektorunun iddiasına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarovun onun qardaşı Mahir Abdullayevə 300 min dollar borcu olub. E.Abdullayev yazıb ki, Akif Çovdarovun cinayət ortağı Qulu Cəfərov bunu Mahir Abdullayevə oktyabr, 2001-ci il tarixdə verdiyi yazılı izahatında da öz imzası, eləcə də barmaq izi ilə təsdiq edib.

E.Abdullayev yazır ki, bu əlyazmanı qardaşı itkin düşəndən sonra onun iş otağındakı qara rəngli əl diplomatından götürüb. Bundan sonra Qulu Cəfərovla görüşməyə çalışıb:

"Sonradan bizə məlum oldu ki, o, Akif Çovdarovun şəxsi həbsxanasında işləyir. Qulu Cəfərov bizimlə görüşməkdən qaçırdı. Ancaq eşidəndəki Mahir onunla bir yerdə çox vaxt keçirib, onu axtarmağa başladım. Nəhayət, 2009-cu ildə Qulu Cəfərovu lX mikrorayonda yerləşən və yaxın qohumu Akif Çovdarovla bir mərtəbədə, qapı-bir qonşu kimi yaşadığı evin girəcəyində yaxaladım. Onun imzası ilə yazılmış Mahir Abdullayevə 300 min dollar borcu olması haqqında izahatı Qulu Cəfərova təqdim etdim və ondan Mahirə olan borcunu tələb etdim. O, gözlənilməz görüşdən az qala huşunu itirirdi, and-aman etdi ki, pullar Akif Çovdarovdadır, ondan ala bilərsiniz, mən Akif Çovdarovun taxta-şalban ofisində işləyirəm, mənə çörək pulu verir. Düzdür, pul mənim imzamla alınıb, ancaq Mahir pulu Akif Çovdarova verib. Mənə Akif Çovdarovun mobil telefonunu verdi və dedi ki, sabah zəng et görüş, o da mən deyənləri deyəcək".

Elşad Abdullayevin yazdığına görə, Qulu Cəfərovla bu görüşdən 1 gün sonra qara maskalılar onu saxlayaraq, Akif Çovdarovun gizli həbsxanasına aparıblar. Sabiq rektor bu hadisəni belə təsvir edir:

"Səhərisi günü səhər saat 7-8 radələrində idmana gedəndə evimin qabağında təcili tibb yardım maşınından düşən silahlı qara maskalılar məni zorla maşına saldılar. Qara maskalılardan MTN polkovniki Rəsul Rəsulov, Yaşar Lətifov (soyadını ola bilər ki, səhv salıram), indi həbsdə olan Teymur Quliyev üzlərini açmışdılar. Araz Laçınlı, polkovnik Fikrət Əliyev və general Elçin Quliyevi, Sənan İbrahimovu və Qulu Cəfərovu isə üzlərini açmasalar da, səslərindən və yerişlərindən tanıdım. Məni MTN-in arxa qapısına gətirdilər, lakin ora çatmamış Akif Çovdarovun tapşırığı ilə Masazırdakı şəxsi həbsxanasına apardılar. Bu zaman Elçin Quliyev, Fikrət Əliyev, Araz Laçınlı və Teymur Quliyev MTN-in arxa qapısından içəri girdilər. Rəsul Rəsulov qara maskalı təcili tibbi yardım maşınının sürücüsünə bildirdi ki, "siz professoru Masazır Universitetinə aparın". Yəni Akif Çovdarovun şəxsi həbsxanasına. Bütün günü məni Akif Çovdarovun Masazır həbsxanasında ac-susuz saxladılar, qonşu otaqda elektroşokla 2 nəfərə huşu itənə qədər işgəncə verirdilər, onların ah-naləsinə, yalvarışlarına səs verən yox idi. Təsəvvür edin, Azərbaycan Milli Elmlər Akademiyasında 10 ildən çox baş elmi işçi vəzifəsində çalışmışam, 30 il Bakı Dövlət Universitetinin Hüquq fakültəsində elmi-pedaqoji stajım var, ABU-da rektor işləyirəm, Prezidentin yanında AAK-in Hüquq Ekspert Şurasının sədri vəzifəsində çalışmışam, birdən-birə elə gözlənilməz situasiyaya düşdüm ki, məqam axtarırdım ki, oradan necə qaçım".

"MƏN SAXLANAN OTAQDA QAN İZLƏRİ VAR İDİ..."

Elşad Abdullayevin yazdığına görə, günün sonuna yaxın Akif Çovdarov onun saxlandığı otağa gəlib. Bu onların ilk canlı görüşü olub:

"Akif Çovdarov məni Azərbaycan Beynəlxalq Universitetindəki "qanun pozuntuları" ilə təhdid etməyə başladı. O, məni MTN-in Təhsil Nazirliyindəki "Qara qutusu" İlyar Vahabovun yoxlama protokolları, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin yazdığı yazılarla gecə saat 2-yə qədər təhdid etdi. Məni qorxu və təəccüb bürümüşdü. Akif Çovdarovun şəxsi həbsxanasında hamı qara maskalı və silahlı idi. O, başa düşəndə ki, artıq mən çəkinirəm, ondan sonra Qulu Cəfərovun Mahir Abdullayevə borclu olması haqqında məsələyə keçdi. Bu zaman əlində avtomat qara maskada Qulu Cəfərov və mənə özünü MTN polkovniki kimi təqdim edən Sənan İbrahimov (MTN-in müavini Hilal Əsədovun qohumu) da otağa daxil oldular. Mən saxlanan otaqda çoxlu qan izləri var idi. Qulu və Sənan üzlərini açmadan tam silahlı vəziyyətdə heç nə danışmadan Akif Çovdarovun komandasını gözləyirdilər. MTN generalı Elçin Quliyev maşından düşəndə bildirdi ki, "Elşad müəllim mənim MTN Akademiyasında müəllimim olub, yaxşı deyil, gəlin mənim otağımda dindirək...""

"ÇOVDAROV DEYİRDİ Kİ, EYNULLA FƏTULLAYEVİ ÖLDÜRMƏMƏYİMİ ÖZÜMƏ BAĞIŞLAMIRAM"

E.Abdullayev daha sonra A.Çovdarovla arasındakı dialoqun ilginc detallarını açıqlayıb. Keçmiş rektor daha sonra yazır ki, Akif Çovdarov Mahir Abdullayevi tanımadığını, onunla heç bir alış-verişinin olmadığını deyib:

"Dedi ki, "nə mən, nə də qohumum Qulu Cəfərov Mahiri tanımırıq, bizim ona heç bir borcumuz yoxdur". Xəbərdarlıq etdi ki, "bir də bu söhbətin üstünə qayıtma. Varsa da, bizim Mahirə olan borcumuzu bağışlayırsan. Bir də bu söhbətin üstünə qayıtma elə etmə ki, səni göndərək Mahirin, jurnalist Elmarın, akademik Ziya Bünyadovun, Rail Rzayevin yanına... Jurnalist Rafiq Tağını necə xəstəxanada qətlə yetirdilər, jurnalist Eynulla Fətullayevin başına gətirdiyi müsibətlərdən elə bil qəhrəmanlıq edibmiş kimi məni təhdid etdi. Xüsusən də jurnalist Eynulla Fətullayevdən çox yanıqlı olduğu üçün özündən asılı olmayaraq ondan yanıqlı danışırdı. O bildirirdi ki, "bir məsələni özümə bağışlaya bilmirəm. Jurnalist Eynulla Fətullayevi əlimdə imkan var idi, öldürmədim. Onsuz da, onu da Elmar Hüseynovun və Rafiq Tağının yanına göndərəcəm... Ona qarşı cox kinli-küdurətli idi. O, məqam axtarırdı ki, Eynulla Fətullayevlə də hesablaşsın...İnanın, adam MTN generalı deyil, bir KQB cəlladı və manyakı idi, nə danışdığının fərqində deyildi. "Başa düşmürsənsə, bir də başa salaq" deyərək tükürpədci qətllər seriyasından təhdid dolu xəbərdarlıq edirdi. Nə isə, fikirləşirdim ki, necə qurtulum bu faşistlərin əlindən, mənim üçün olduqca ağır və gözlənilməz situasiyaydı. Akif Çovdarovun əmrilə qara "Lexus Jeep" maşında bir qara maskalı heç bir şey danışmadan məni şəhərin mərkəzindəki evimə gətirdi".

"QORXDUĞUMDAN ƏMİN OLUB MƏNİ BURAXDILAR..."

Sabiq rektor yazıb ki, bu hadisədən 3 gün sonra onu MTN-ə çağırıblar. Burada onun nazir Eldar Mahmudovla da görüşü olub:

"MTN nazirinin köməkçisi - əmisi oğlu Vüqar Mahmudov səhər saat 9-da mənim mobil telefonuma zəng edib bildirdi ki, sizi MTN-in Baş İstintaq İdarəsinin rəisi Şıxəliyev Mövlan gözləyir. MTN nazirinin qəbul otağına gəldim, oradan da MTN Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin otağına getdik. Məni Mövlan Şıxəliyev və müstəntiq Novruz Məmmədov birlikdə qəbul etdilər. Onlar mənə Mahirin oğurlanmasından suallar verdilər, mən də Akif Çovdarovun söhbətindən sonra heç bir şey danışmadım. Çünki istintaqa qonşu otaqdan Akif Çovdarov və Hilal Əsədov istiqamət verirdilər. Onlar selektor telefon danışıqları ilə məni aşağılayan söyüşlər söyürdülər, bunları açıq-aşkar eşidirdim. Onlar əmin olandan sonra ki, mən Akif Çovdarovun ssenarisi üzrə danışmayacağam, bundan sonra Mövlan Şıxəliyev və müstəntiq Novruz Məmmədovla birlikdə MTN naziri Eldar Mahmudovun iş otağına gəldik. Eldar Mahmudov da məni Mahir Abdullayevin oğurlanması ilə bağlı sorğu-suala tutdu. Qorxduğumdan əmin olduqdan sonra axşam saat 20 radələrində məni MTN-dən buraxdılar. Bir hüquq professoru olaraq, artıq fərqindəydim ki, kimlərlə üzləşmişəm..."

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakıda bağını satan şəxsin evinə BASQIN - TƏFƏRRÜAT

28 Aprel 2017 18:24

Prezident İlham Əliyevdən tikinti sahəsində çalışanlarla bağlı

28 Aprel 2017 18:24

"ASAN xidmət"in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılır

28 Aprel 2017 18:22

Bakıda narkotika alverində təqsirləndirilən erməniyə HÖKM OXUNDU

28 Aprel 2017 18:22

"ASAN Xidmət"ə yeni səlahiyyət verildi - YOXLAMA APARA BİLƏCƏK

28 Aprel 2017 18:19

Türkiyə-Suriya sərhədində gərginlik yaşanır

28 Aprel 2017 18:19

Bakıda 15 saatlıq non stop rəqs marafonu - FOTO

28 Aprel 2017 18:17

İnam Kərimov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvü təyin edilib

28 Aprel 2017 18:17

Bakı-Quba-Rusiya avtomobil yolunun bir hissəsində təmir işləri yekunlaşıb

28 Aprel 2017 18:14

Azərbaycanl müğənni ondan halallıq istədi

28 Aprel 2017 18:14

Təhsil Nazirliyi bölgələrdə pozuntular AŞKARLADI

28 Aprel 2017 18:12

Bakıda mənzildən meyit tapıldı

28 Aprel 2017 18:09

"Başkəsən" taksi sürücüləri YANDI: YENİ ŞƏRTLƏR

28 Aprel 2017 18:08

Rusiyalı ekspert: "Ermənistan gələn ilin aprel ayınadək Azərbaycanla ciddi danışıqlara getməyəcək"

28 Aprel 2017 18:07

İtaliya millisinin üzvü "Barselona"ya keçir

28 Aprel 2017 18:05

72 yaşlı kişi mənzilində ölü tapıldı

28 Aprel 2017 18:04

Kartof zoğları astma və xərçəngi sağalda bilər

28 Aprel 2017 18:03

Azərbaycan Qazaxıstana sənaye boyası ixrac edəcək

28 Aprel 2017 18:02

"Accessbank" sahibkarlar üçün NFS layihəsini həyata keçirir

28 Aprel 2017 18:02

Bakıda tutulan erməniyə hökm oxundu - 8 il

28 Aprel 2017 17:58

Ögey atası və qardaşı tərəfindən zorlanan 14 yaşlı qız müəlliminə hər şeyi danışdı

28 Aprel 2017 17:57

Cocuq Mərcanlıda 2 zenit top mərmisi tapıldı - FOTO

28 Aprel 2017 17:57

Ukrayna klubunun 14 futbolçusu danışılmış oyunlarda iştirak etdikləri üçün cəzalandırılıb

28 Aprel 2017 17:57

Türkiyədə ilk mənzilini alan və ilk dəfə evlənən vətəndaşlara dövlət pul verəcək

28 Aprel 2017 17:57

Ermənilərin atdığı "OSA" raketi nə qədər təhlükəlidir?

28 Aprel 2017 17:57

Penitensiar Xidmətdən "səhvən" əfvə düşən məhkumla bağlı AÇIQLAMA

28 Aprel 2017 17:54

Yol Polisində QANUNSUZLUQ - nazir 7 nəfəri işdən qovdu

28 Aprel 2017 17:53

QMİ-nin "halallıq" verdiyi şirkətdən AÇIQLAMA - "İmicimizə zərbədir"

28 Aprel 2017 17:52

NATO üçün şok xəbəri Çavuşoğlu verdi - Rusiya və Türkiyə RAZILAŞDI

28 Aprel 2017 17:48

Tovuzdakı kartof "müəmma"sının SƏBƏBİ

28 Aprel 2017 17:47

Moskvada Leyla Əliyevanın xeyriyyə sərgisi açılıb

28 Aprel 2017 17:42

"Peşə təhsilinə diqqət artıb" - Nazir müavini

28 Aprel 2017 17:42

Cocuq Mərcanlıda iki zenit top mərmisi tapıldı

28 Aprel 2017 17:39

Sumqayıt sakinlərinə ŞAD XƏBƏR - FOTO/VİDEO

28 Aprel 2017 17:38

Tarixin ən böyük fidyəsi - 500 milyon dollar

28 Aprel 2017 17:38

Aptekdə qadının pulunu oğurlayan kişi anbaan kameraya düşdü - VİDEO - FOTO

28 Aprel 2017 17:37

Siyavuş Novruzov: “Müxalifətin sosial bazası olmadığına görə mitinqin keçirilməsi üçün başqa ərazilər tələb edir”

28 Aprel 2017 17:37

Dünya smartfon bazarının həcmi 4,3% artıb

28 Aprel 2017 17:35

Mətbuat Şurası Mariya Zaxarovanın mövqeyini qətiyyətlə pisləyir

28 Aprel 2017 17:33

Mingəçevirdə məktəbdən gələn şagirdi maşın vurub

28 Aprel 2017 17:32

İndoneziyalı iş adamlarından ibarət nümayəndə heyəti mayda Bakıya gələcək

28 Aprel 2017 17:32

SOS! - Şuşada tarixi abidələrimiz erməniləşdirilir - FOTO

28 Aprel 2017 17:32

Sumqayıt yolunun təmirlə əlaqədar bağlı olan hissəsində hərəkət bərpa edilib

28 Aprel 2017 17:32

Azərbaycanda bu ailələrə dövlət pul verəcək

28 Aprel 2017 17:28

Bakıda həbs edilən erməni əsilli Rusiya vətəndaşına hökm oxunub

28 Aprel 2017 17:27

İslamiadanın açılış və bağlanış mərasimində iştirak edəcək tələbə könüllülərinin sayı açıqlanıb

28 Aprel 2017 17:27

Hakim rüşvət alarkən tutuldu: Anbaan görüntüləndi - VİDEO - FOTO

28 Aprel 2017 17:27

Dolların mayın 1-ə olan MƏZƏNNƏSİ

28 Aprel 2017 17:23

BŞH-nın əməkdaşları xeyriyyə məqsədi ilə “Bakı Marafonu 2017”də iştirak edəcəklər

28 Aprel 2017 17:22

Fərda və Cem Yılmaz bir araya gələcək

28 Aprel 2017 17:19