​Qusarda istehlakçıların maarifləndirilməsinə dair bu ilin sonuncu tədbiri keçirilib

​Qusarda istehlakçıların maarifləndirilməsinə dair bu ilin sonuncu tədbiri keçirilib
21:07 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 18 dekabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə bu gün istehlakçıların maarifləndirilməsi istiqamətində növbəti konfrans Qusar rayonunda keçirilib.
“Report” İqtisadiyyat və Sənaye Nazirliyə istinadən xəbər verir ki, “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda təşkil edilən tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 10-dən çox istehlakçı iştirak edib.
Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev bu ilin ötən aylarında istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 80 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanıb: “Hazırda KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq davam etdirilir. Müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır”.
Tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış ediblər.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Xəbərin orijinal ünvanı: http://report.az/ask/qusarda-istehlakcilarin-maariflendirilmesine-dair-bu-ilin-sonuncu-tedbiri-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR