Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

ANS-in yeni “Baş xəbər”i (FOTO)

ANS-in yeni “Baş xəbər”i (FOTO)

Date: 18 December 2015 21:46

Bazar günüdən ANS TV-nin efirində yeni veriliş yayımlanacaq.

ANS PRESS-in məlumatına görə, “Baş xəbər” adlanan veriliş ANS-in yeni lahiyələrindən biridir.

Bu verilişi digər lahiyələrdən fərqləndirən cəhətlərdən biri odur ki, burda Azərbaycanda və dünyada baş verən hadisələrə Azərbaycanda akreditasiyadan keçmiş nüfüzlu KİV təmsilçiləri ilə birlikdə baxılacaq. Həmin jurnalistlərlə birlikdə baş verən hadisələr haqqında fikir və mülahizələr irəli sürüləcək.


Səbinə Heydərova - “Baş xəbər” verilişinin aparıcısı

“Baş xəbər” həftədə bir dəfə hər bazar günü saat 23:00 tamaşaçıların qarşısına çıxacaq. Bazar günü efirə çıxacaq ilk buraxılış Azərbaycanda qız uşaqlarının dünyaya gəlməsinin kəskin sürətdə azalmasına, neftin qiymətinin aşağı düşməsinə və MTN-nin ləğv olunmasına həsr olunub. “Baş xəbər” verilişinin aparıcısı isə “İç xəbər”dən tanıdığınız məşhur teleaparıcı Səbinə Heydərovadır.






Tags:  ANS-in yeni Baş xəbəri FOTO


RƏYLƏR


Top news