"Qəbələ" Türkiyədə "Sürix"lə qarşılaşacaq

"Qəbələ" Türkiyədə "Sürix"lə qarşılaşacaq
21:57 18 Dekabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+

“Qəbələ”nin qış hazırlıq planı müəyyənləşib. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XVIII turunun sabah keçiriləcək “Qarabağ”la oyunundan sonra “qırmızı-qaralar” istirahətə buraxılacaq. 

2016-cı il yanvarın 10-da bir araya gələcək komanda təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə yollanacaq. “Qəbələ”nin legioner futbolçuları da komandaya Antalyada qoşulacaq. 

Roman Qriqorçukun yetirmələri yanvarın 10-dan 27-dək qonşu ölkədə hazırlıq keçəcək. Komanda hazırlıq müddətində Belek bölgəsində “Gloria Sereniti” otelində məskunlaşacaq. 

“Qırmızı-qaralar”ın toplanış zamanı 4 yoxlama oyununa çıxması planlaşdırılıb. Bu qarşılaşmalar ayın 16-da, 20-də, 23-də və 24-də baş tutacaq. Artıq bu matçlardan birindəki sınaqçı rəqib dəqiqləşib. “Qəbələ” yanvarın 20-də keçirəcəyi ikinci yoxlama oyununda İsveçrənin “Sürix” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, bundan əvvəl "Qəbələ"nin Türkiyədə Bolqarıstanın "Levski" və Polşanın "Poqon" klubuları ilə yoxlama oyunu keçirəcəyi deyilirdi.

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-turkiyd-quotsurixquotl-qarlaacaq-t46248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR