Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Bu sahədə də cərimələr artırılır - VİDEO

Bu sahədə də cərimələr artırılır - VİDEO

Date: 18 December 2015 22:12

Xüsusi ayrılan yerlərdən kənarda heyvanların kəsilməsinə görə cərimələr artırılır. Milli.Az xezerxeber.com-a istinadən xəbər verir ki, əgər indi bu qayda pozuntusuna görə cərimələr 20-150 manat arasındadırsa, ancaq yeni inzibati xətalar məcəlləsi qəbul edildikdən sonra bu qaydaları pozanlar 200 manatdan 2 min manata qədər cərimə ödəməli olacaq.

Baytarlıq baxışından keçirilməyən və xüsusi ayrılan yerlərdən kənarda heyvanların kəsilməsinə görə cərimələr artırılır.

Bununla yanaşı heyvan mənşəli məhsulların baytarlıq-sanitariya ekspertizası aparılmadan satan və istehsal edənlərə qarşı da cərimələr sərtləşdiriləcək. Belə ki, əgər əvvəllər bu qayda pozuntusuna yol verənlər maksimum 150 manat cərimə edilirdisə, indi həmin səxslər 200 manatdan iki min manata qədər cərimə olunacaqlar.

Eyni zamanda, heyvanların kütləvi xəstələnməsi və heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməyənlər də sərt cəzalandırılacaqlar. Bu qaydalar yeni İnzibati Xətalar Məcəlləsi qəbul edildikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda belə qanun pozuntularına yol verənlər maksimum 20 manatdan 150 manatadək cərimə olunurlar.

Milli.Az


Tags:  sahədə cərimələr artırılır VİDEO


RƏYLƏR


Top news