Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraşın sərgisi açılıb

22:18 18 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (“On the other side”) adlı fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək, sərginin təşkilinə görə heykəltəraş Riçard Dikona və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. O deyib: “Sevindirici haldır ki, Heydər Əliyev Mərkəzi ziyarətçilərimiz tərəfindən çox sevilən bir məkana çevrilib. Burada çoxsaylı beynəlxalq sərgilər və tədbirlər keçirilir. Bu sırada 2014-cü ildən keçirilən tədbirləri-Toni Kreqq, Bernar Buffe, “Kosmosa səyahət”, Klassik avtomobil sərgisini, “Qreys Kelli: Şahzadə və stil ikonası” və digərlərini qeyd etmək olar. Riçard Dikonun təqdim olunan sərgisi bizim üçün ən mühüm sərgilərdən biridir. Bundan əvvəl sərgi İsveçrənin Vintertur şəhərində, ümumilikdə isə 10 il ərzində dünyanın bir çox ölkələrində nümayiş olunub və nəhayət, Bakıda təqdim edilir”. Anar Ələkbərov bu sərginin təşkilində əməyi olan bütün insanlara minnətdarlıq edib.
Sərginin açılışında çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Riçard Dikonun akademiyada olduğunu və elmi şurada iştirak etdiyini bildirib. O, Riçard Dikona Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri üzvü diplomunu təqdim edib. Vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördükləri böyük işlər nəticəsində dünyanın ən görkəmli sənətkarlarının, Avropa təsviri incəsənətinin tanınmış simalarının sərgiləri Bakıda nümayiş olunur.
“Bu sərgi həm də biz pedaqoqlara və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinə yaradıcılıq baxımından olduqca faydalıdır. Burada nümayiş etdirilən əsərlər tələbələr üçün böyük yaradıcılıq stimulu olacaq” – deyə Ö.Eldarov vurğulayıb.
Sonra A.Ələkbərov layihənin həyata keçirilməsində xüsusi əməyi olan insanları səhnəyə dəvət edib.
Heykəltəraş Riçard Dikon sərginin təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. Məlumat verib ki, 2007-ci ildə Venesiya Biennalesində Azərbaycan pavilyonu ilə tanış olmaq imkanı qazanıb və o zaman Bakıda fərdi sərgisini təşkil etmək barədə dəvət alıb. Britaniyalı heykəltəraş sərginin təşkilindən hədsiz məmnunluğunu diqqətə çatdırıb, nümayiş etdirilən əsərlərin hər kəsdə xoş təəssürat yaradacağına ümidvar olduğunu bildirib.
Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar. Sərgidə müəllifin 39 əsəri yer alıb. Ekspozisiyada ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda, orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilib.
Sərgi 2016-cı il iyulun 15-dək davam edəcək.
Xatırladaq ki, R.Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub. Ömrünün 40 ildən çoxunu yaradıcılığa həsr edən sənətkar hazırda Londonda yaşayır və fəaliyyət göstərir. O, 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu “Törner” mükafatına, 1999-cu ildə “Britaniya imperiyasının komandiri” ordeninə layiq görülüb. 2007-ci ildə Venesiya Biennalesində Uelsi təmsil edib. R.Dikon özünü klassik mənada heykəltəraş hesab etmədiyini deyir. Buna görə də çox mürəkkəb əsərlər üzərində çalışarkən ağac, yaxud metal üzrə mütəxəssislərlə əməkdaşlıq şəraitində işləyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Günelin nişanlısı ilə barışması təsdiqini tapdı - FOTOFAKT

21 Avqust 2017 22:03

Tam Günəş tutulması başladı - CANLI YAYIM

21 Avqust 2017 21:49

Moskva SSRİ-nin cinayətləri üçün cavab verəcək: trilyonluq TƏZMİNAT TƏLƏBİ

21 Avqust 2017 21:48

Rostovda güclü yanğın

21 Avqust 2017 21:45

Sankt-Peterburqda “Qazprom” şirkətinin rəhbəri ilə SOCAR prezidenti arasında görüş keçirilib

21 Avqust 2017 21:42

Macarıstan sərhədini qanunsuz keçmək istəyən 162 qaçqın saxlanılıb

21 Avqust 2017 21:32

Qoz piylənmənin qarşısını almağa kömək edir

21 Avqust 2017 21:28

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

21 Avqust 2017 21:19

Keçmiş prezident: “Bu, müharibənin əsas səbəbi oldu”

21 Avqust 2017 21:13

Məktəbli ləvazimatlarının yarmarkaları açıldı - mağazalar arasında qiymət fərqi - VİDEO

21 Avqust 2017 20:58

VİDEO:Qardaşını sevdiyi qızla bir yerdə tutdu -

21 Avqust 2017 20:55

Rusiya SSRİ-dən qalan son borcunu ödədi

21 Avqust 2017 20:53

Növbəti İKT qrant müsabiqəsində kompleks ekspertiza mərhələsinə yekun vurulub

21 Avqust 2017 20:52

İmişli sakini özünü asdı

21 Avqust 2017 20:39

Avropadan Sakit okeana qədər dəmiryolu çəkilir

21 Avqust 2017 20:37

"İlk oyundan sonra “Qarabağ”ı favorit adlandırmaq olar" -

21 Avqust 2017 20:30

Trampın ailəsi müdafiəsiz qalacaq – Məxfi xidmətdən SOS

21 Avqust 2017 20:28

Mingəçevirdə yol qəzası baş verib, 4 nəfər xəsarət alıb

21 Avqust 2017 20:22

ABŞ PUA-sı Türkiyədə qəzaya uğradı

21 Avqust 2017 20:19

Nizami Cəfərov, bəs buna nə deyirsiniz? – Azərologiya polemikası böyüyür

21 Avqust 2017 20:18

Türkiyə-Almaniya gərginliyi

21 Avqust 2017 20:10

İntihar cəhdinin qarşısı alındı - [color=red]Gəncədə/color]

21 Avqust 2017 20:04

Münaqişənin həlli üçün ŞƏRTLƏR, dənizlərə ÇIXIŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

21 Avqust 2017 20:03

Kataloniyada polis "ölüm kəməri" geymiş terrorçu-kamikadzeni məhv edib

21 Avqust 2017 19:52

DİQQƏTLİ OLUN!

21 Avqust 2017 19:50

Gürcüstan hökuməti Azərbaycan prezidentinə təşəkkür etdi

21 Avqust 2017 19:49

Filippinli milyonçudan HƏYAT DƏRSLƏRİ: “Kasıblar ona görə varlana bilmir ki...”

21 Avqust 2017 19:48

Barselonada terror aktı törədən əsas şübhəli hələ də azadlıqdadır

21 Avqust 2017 19:35

Barselona terrorunun əsas şübhəlisi tutulub

21 Avqust 2017 19:33

Barselonanı qana bulayan əsas terrorçu həbs edildi

21 Avqust 2017 19:29

Şəkidə doğum evində yanğın olub

21 Avqust 2017 19:27

"Qəbələ" "Dinamo"nu yendi

21 Avqust 2017 19:27

“Qəbələ” “Dinamo”ya qalib gəldi

21 Avqust 2017 19:24

Binəqədidə it qorxusu: "Sürü ilə gəzirlər, gərək yenə kimsə ölsün?.."

21 Avqust 2017 19:18

İlham Əliyev yeni sərəncam imzaladı

21 Avqust 2017 19:16

Azərbaycan nümayəndələri Moskva milli mədəniyyət festivalında iştirak edəcək

21 Avqust 2017 19:12

"Qarabağ" bu axşam yola düşür

21 Avqust 2017 19:07

SSRİ deputat Rüstəm Xəlilovun atasına heykəl qoya bilərdimi? - FOTOLAR

21 Avqust 2017 19:03

Qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

21 Avqust 2017 19:02

Obameyanq məsələsi nöqtələndi - RƏSMİ

21 Avqust 2017 18:57

Pxenyan yeni silahını işə salır – BÖYÜK TƏHLÜKƏ

21 Avqust 2017 18:53

Göygölə 3 milyon manat vəsait ayrıldı

21 Avqust 2017 18:45

“Şəmkir Aqroparkı”nda beynəlxalq konfrans keçirilib - FOTOLAR

21 Avqust 2017 18:43

Azərbaycanlı müğənnidən cəsarətli VİDEO

21 Avqust 2017 18:39

Dövlət Komitəsi ABŞ Dövlət Departamentinin Azərbaycanda din azadlığına dair hesabatına etirazını bildirib

21 Avqust 2017 18:37

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri məktəblilərlə görüşüb

21 Avqust 2017 18:35

“Azərbaycanda xalça fabriklərinin sayı 30-a çatacaq” - Prezident

21 Avqust 2017 18:34

"İçərişəhər" Qoruğunda YENİ TƏYİNAT

21 Avqust 2017 18:29

“Abşeron Gənclər Şəhərciyi” qazsız qalıb: "Bu qışı da donacağıq"

21 Avqust 2017 18:28

Çoxmənzilli binaların əsaslı təmirinə maliyyə vəsaiti ayrılıb

21 Avqust 2017 18:28