Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraşın sərgisi açıldı

Heydər Əliyev Mərkəzində britaniyalı heykəltəraşın sərgisi açıldı
22:21 18 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Dekabrın 18-də Heydər Əliyev Mərkəzində tanınmış britaniyalı heykəltəraş Riçard Dikonun “Digər tərəfdən” (“On the other side”) adlı fərdi sərgisi açılıb.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək, sərginin təşkilinə görə heykəltəraş Riçard Dikona və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib. O deyib: “Sevindirici haldır ki, Heydər Əliyev Mərkəzi ziyarətçilərimiz tərəfindən çox sevilən bir məkana çevrilib. Burada çoxsaylı beynəlxalq sərgilər və tədbirlər keçirilir. Bu sırada 2014-cü ildən keçirilən tədbirləri-Toni Kreqq, Bernar Buffe, “Kosmosa səyahət”, Klassik avtomobil sərgisini, “Qreys Kelli: Şahzadə və stil ikonası” və digərlərini qeyd etmək olar.
 
Riçard Dikonun təqdim olunan sərgisi bizim üçün ən mühüm sərgilərdən biridir. Bundan əvvəl sərgi İsveçrənin Vintertur şəhərində, ümumilikdə isə 10 il ərzində dünyanın bir çox ölkələrində nümayiş olunub və nəhayət, Bakıda təqdim edilir”. Anar Ələkbərov bu sərginin təşkilində əməyi olan bütün insanlara minnətdarlıq edib. Sərginin açılışında çıxış edən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov Riçard Dikonun akademiyada olduğunu və elmi şurada iştirak etdiyini bildirib. O, Riçard Dikona Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının fəxri üzvü diplomunu təqdim edib.
 
Vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın gördükləri böyük işlər nəticəsində dünyanın ən görkəmli sənətkarlarının, Avropa təsviri incəsənətinin tanınmış simalarının sərgiləri Bakıda nümayiş olunur. “Bu sərgi həm də biz pedaqoqlara və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinə yaradıcılıq baxımından olduqca faydalıdır. Burada nümayiş etdirilən əsərlər tələbələr üçün böyük yaradıcılıq stimulu olacaq” – deyə Ö.Eldarov vurğulayıb. Sonra A.Ələkbərov layihənin həyata keçirilməsində xüsusi əməyi olan insanları səhnəyə dəvət edib. Heykəltəraş Riçard Dikon sərginin təşkilinə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya dərin təşəkkürünü bildirib.

Məlumat verib ki, 2007-ci ildə Venesiya Biennalesində Azərbaycan pavilyonu ilə tanış olmaq imkanı qazanıb və o zaman Bakıda fərdi sərgisini təşkil etmək barədə dəvət alıb. Britaniyalı heykəltəraş sərginin təşkilindən hədsiz məmnunluğunu diqqətə çatdırıb, nümayiş etdirilən əsərlərin hər kəsdə xoş təəssürat yaradacağına ümidvar olduğunu bildirib. Tədbir iştirakçıları sonra sərgi ilə tanış olublar. Sərgidə müəllifin 39 əsəri yer alıb. Ekspozisiyada ağac, metal və keramikadan hazırlanmış həm monumental, həm nisbətən kiçik əsərlər, eyni zamanda, orqanik nümunələr və dəqiq işlənmiş konstruksiyalar təqdim edilib. Sərgi 2016-cı il iyulun 15-dək davam edəcək. Xatırladaq ki, R.Dikon 1949-cu ildə Uelsin Banqor şəhərində anadan olub.
 
Ömrünün 40 ildən çoxunu yaradıcılığa həsr edən sənətkar hazırda Londonda yaşayır və fəaliyyət göstərir. O, 1987-ci ildə müasir incəsənət sahəsinin nüfuzlu “Törner” mükafatına, 1999-cu ildə “Britaniya imperiyasının komandiri” ordeninə layiq görülüb. 2007-ci ildə Venesiya Biennalesində Uelsi təmsil edib. R.Dikon özünü klassik mənada heykəltəraş hesab etmədiyini deyir. Buna görə də çox mürəkkəb əsərlər üzərində çalışarkən ağac, yaxud metal üzrə mütəxəssislərlə əməkdaşlıq şəraitində işləyir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Abituriyentlərin NƏZƏRİNƏ - Bu VİDEOnu mütləq izləyin

29 İyul 2017 15:52

Hacıqabul sakinindən 3 kq-dan çox narkotik götürülüb

29 İyul 2017 15:49

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirilib

29 İyul 2017 15:46

Dünyanın ən kök uşağı İndoneziyada yaşayır - 192 KİLOQRAM

29 İyul 2017 15:43

""Qəbələ"ni oynamağa azarkeşlərimiz qoymadı"

29 İyul 2017 15:42

Rusiyalı ulduzun Bakıda lüt FOTOları çəkildi

29 İyul 2017 15:37

Saakaşvili: “Prezident olmasına rəğmən, alverçi kimi hərəkət edir”

29 İyul 2017 15:33

Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açıla bilər

29 İyul 2017 15:32

Tarixin ən güclü futbolçularından ibarət siyahı hazırlandı

29 İyul 2017 15:32

Ermənistanın növbəti hiyləsi İFŞA OLUNDU - Müdafiə Nazirliyi

29 İyul 2017 15:29

DİM-dən abituriyentlər üçün VİDEO-ÇARX

29 İyul 2017 15:24

Ölkədə evsiz insan qalmayacaq: Hər il 3 min ailə...

29 İyul 2017 15:23

Evli iş adamı ilə nişanlandı - FOTO

29 İyul 2017 15:22

Müdafiə Nazirliyindən vətəndaşlara sosial şəbəkələrlə bağlı ÇAĞIRIŞ - "Diqqətli olun"

29 İyul 2017 15:22

Şimali Koreya liderindən bəyənat:

29 İyul 2017 15:21

MN: Düşmən tərəfi öz uğursuzluqlarını ört-basdır etmək üçün növbəti hiyləyə əl atıb

29 İyul 2017 15:17

Rusiya millisi atıcılıq üzrə Avropa çempionatının qalibi olub

29 İyul 2017 15:12

Gürcüstanda dəmiryol tuneli dağılıb, 2 nəfər yaralanıb

29 İyul 2017 15:12

NUHUN GƏMİSİ, İSANIN EVİ: Bibliyada yazılan TARİXİ MƏQAMLAR reallıqdır, yoxsa uydurma?

29 İyul 2017 15:03

DİM abituriyentlər üçün maarifləndirici videoçarx hazırlayıb

29 İyul 2017 15:02

Dünyanın ən çox maaş verilən şəhərləri açıqlanıb

29 İyul 2017 15:02

"Lider"in aparıcısının toyu oldu - FOTO

29 İyul 2017 14:59

"2pac: Əfsanə"nin premyera öncəsi nümayişi "CinemaPlus"da - FOTO

29 İyul 2017 14:57

101 milyonluq futbolçu "Real"dan ayrılır - hara gedir?

29 İyul 2017 14:57

Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:54

Uruqvaylı müdafiəçi yenidən A Seriyasında

29 İyul 2017 14:52

İstehlakçılara şad xəbər: qiymətlər enəcək - AKTUAL

29 İyul 2017 14:47

Türkiyənin “Fənərbağça” klubunun borcu açıqlanıb

29 İyul 2017 14:42

Ronaldu: "Oğlum uşaqların sayının 7 olmasını istəyir"

29 İyul 2017 14:37

Pakistanda partlayış

29 İyul 2017 14:37

Futbol tarixinin ən yaxşıları müəyyənləşdi - İLK BEŞLİK

29 İyul 2017 14:34

Bu abituriyentlər jurnalistika ixtisasını seçə biləcəklər

29 İyul 2017 14:29

ABŞ Türkiyəni terroru dəstəkləməkdə günahlandırdı - QƏRİBƏ İDDİA

29 İyul 2017 14:28

Yayın ən dadlı salatı

29 İyul 2017 14:28

İmtahanın cavabları açıqlandı

29 İyul 2017 14:27

Azərbaycan Beynəlxalq Bankı arxiv avadanlığı almaq istəyir

29 İyul 2017 14:27

O da silikon taxdırdı - FOTO

29 İyul 2017 14:27

Sabiq "Xəzər Lənkəran"lı Türkiyə millisində?

29 İyul 2017 14:27

UEFA-dan xəbərdarlıq: Heç kimə güzəşt olunmayacaq

29 İyul 2017 14:22

Hamı Demet Akalının və Hadisənin bu görüntüsündən danışır - VİDEO

29 İyul 2017 14:19

Jurnalistikaya qəbul olunmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirildi

29 İyul 2017 14:17

Tovuzda velosipedçi quyuya düşüb, ağır xəsarət alıb

29 İyul 2017 14:17

Lüks oteldə güclü yanğın

29 İyul 2017 14:17

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

29 İyul 2017 14:12

Azərbaycan vətəndaşı Rusiyada miqrantların saxlanıldığı yerdə intihara cəhd edib

29 İyul 2017 14:12

ABŞ-ın hərbi texnikası Gürcüstanda - FOTOSESSİYA

29 İyul 2017 14:09

Təzyiq problemindən necə qurtulaq? - VİDEO

29 İyul 2017 14:08

SORĞU: 1 milyon manatınız olsa, nə edərdiniz?

29 İyul 2017 14:08

Replə dərs deyən müəllimdən daha bir maraqlı addım: Velosipedlə kitab paylayır - VİDEO - FOTO

29 İyul 2017 14:05

Qətərin alış-veriş mərkəzində Ərdoğan posteri asıldı

29 İyul 2017 13:58