Azərbaycan vokalisti “Riga Symphony-2015” mahnı müsabiqəsində ikinci yeri tutub

Azərbaycan vokalisti “Riga Symphony-2015” mahnı müsabiqəsində ikinci yeri tutub
22:33 18 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Riqa, 18 dekabr, Nigar Cəfərli, AZƏRTAC 
Riqada gənc ifaçıların “Riga Symphony-2015” Beynəlxalq mahnı müsabiqəsi keçirilib. Dalbadal dördüncü dəfə keçirilən bu müsabiqədə 35 ölkədən gənc vokalistlər iştirak ediblər.
Təşkilatçılar bildiriblər ki, müsabiqə mahnı yaradıcılığını gənclər arasında təbliğ etmək, müxtəlif ölkələr arasında dostluq və yaradıcılıq əlaqələrini möhkəmləndirmək, habelə müxtəlif xalqların gənclərini Latviyanın və ümumiyyətlə Baltik ölkələrinin mədəniyyəti və incəsənəti ilə tanış etmək və onların öz peşəkarlığını və milli mədəniyyətlərinin xüsusiyyətlərini nümayiş etdirməsinə şərait yaratmaq məqsədi daşıyır.
Azərbaycanı mahnı müsabiqəsində Aysel Haqverdiyeva təmsil edib. O, 2012-ci ildə M. və L. Rostropoviçlər adına uşaq musiqi məktəbini bitirib. Hazırda 16 yaşlı vokalist Riqa klassik gimnaziyasının 10-cu sinfində oxuyur.
Azərbaycanı layiqincə təmsil edən Aysel Haqverdiyeva müsabiqənin “World Hit” nominasiyasında ikinci yeri tutub.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_vokalisti_Riga_Symphony_2015_mahni_musabiqesinde_ikinci_yeri_tutub-912575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR