Danışıqlar Azərbaycandan çox, Ermənistana lazımdır (VİDEO)

Danışıqlar Azərbaycandan çox, Ermənistana lazımdır (VİDEO)
22:36 18 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev İsveçrəyə yola düşüb. Politoloqlar Ermənistan və Azərbaycan prezidentlərinin sabah keçiriləcək görüşünü şərh ediblər və Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı gözləntiləri ANS-ə açıqlayıblar.

Millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, artıq vəziyyət elə gətirib ki, indi bu danışıqlar Azərbaycandan çox Ermənistana lazımdır: “Bir ildən artıqdır ki, Ermənistan Azərbaycan arasında görüşün keçirilməsin israr edir. Çünki Ermənistanda vəziyyət çox ciddidir, sosial-iqtisadi durum çətindir. Ona görə də Ermənistan kompramisə getməyə məcburdu”.

Millət vəkili, politoloq Rasim Musabəyov isə qeyd edib ki, danışıqlar raundunun növbəti mərhələsinin başlanmasına razılıq versələr, eləcə də yaranan mövcud gərginli nəzərə alaraq müsbətə doğru atılan bir addım olardı: “Cəbhə xəttində də gərginliyi aşağı salımaq mümkün olsa, fikrimcə bu özü də bir naliyyətdir. Düşünmürəm ki, bundan başqa nə isə sensasion nəticə əldə olunsun”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR