Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İsveçrə klubu Ronaldinyo ilə maraqlanır

İsveçrə klubu Ronaldinyo ilə maraqlanır

Ronaldinyo Bakıda açacağı Futbol Akademiyasından yazdı (14 Mart 2017 20:57)
Ronaldinyo Bakıda açacağı Futbol Akademiyasından yazıb (14 Mart 2017 17:47)

Tarix: 18 Dekabr 2015 22:47

İsveçrənin "Sion" klubu 35 yaşlı Ronaldinyo ilə maraqlanır. Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi Braziliya millisinin keçmiş üzvünü qış transfer dönəmində heyətə qatmağı planlaşdırır.

"Ronaldinyo maraqlı variantdır. İlin əvvəlində onu transfer etmək barədə düşünəcəyik. Dəqiqdir ki, yanvarda transfer bazarında müəyyən fəaliyyətimiz olacaq. Çünki bütün turnirlərdə mübarizəni davam etdiririk. Hazırki heyəti saxlayıb 2-3 yeni oyunçu dəvət etmək istəyirik" - klubun prezidenti Marko Cennaro bildirib.

Qeyd edək ki, Ronaldinyonun son klubu iyuldan sentyabra qədər formasını geydiyi "Fluminense" olub. O, karyerası ərzində "Gremio", PSG, "Barcelona", "Milan", "Flamengo", "Atletico Mineiro" və "Queretaro" klublarının da şərəfini qoruyub.

Milli.Az


Teqlər:  İsveçrə klubu Ronaldinyo maraqlanır



RƏYLƏR


Top xəbərlər