“Günəşli”də təhlükə sovuşub (VİDEO)

“Günəşli”də təhlükə sovuşub (VİDEO)
23:01 18 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə dekabrın 4-də baş vermiş qəza nəticəsində neft və qaz söndürülməsi istiqamətində işlər davam edir.

ANS TV-nin məlumatına görə, hadisə vaxtı ümumilikdə “Günəşli” yatağında 7 quyuda yanğın baş verib. Üçü neft, dördü isə qaz quyuları olub.

Aparılan tədbirlər nəticəsində yanan neft quyularının hamısını söndürmək mükün olub. Yanan üç qaz quyusunun söndürülməsi istiqamətində isə kompleks tədbirlər davam edir.

Müşahidələr və analizlər isə göstərir ki, qəza rayonunda neft dağıntısı yoxdur.

FHN-nin dövlət yanğından mühafizə xidmətinin rəis müavini Rza Xudiyevin sözlərinə görə, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə təhükə sovuşub: “Artıq alovun yanması vertikal vəziyyətdədir. Alovun yanması vertikal vəziyyətdə olanda, yanğın ətraf kanstruksiyalar üçün bir o qədər də təhlükəl yaratmır. Hazırda yanğının hüdürlüyü 8 metrdir. Bu isə zəyif fantanlar qurupuna aiddir. Hesab edirəm ki, yaxın günlərdə yanğının tam söndürülməsi başa çatdırılacaq”.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367646

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR