Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyasının 10 illik yubileyi qeyd edilib

Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyasının 10 illik yubileyi qeyd edilib
23:03 18 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC 
Dekabrın 18-də Azərbaycan Birləşmiş Krallıq Məzunları Assosiasiyasının (AUKAA) yaradılmasının 10 illik yubileyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “British Council” təşkilatının direktoru Elizabet Vayt təmsil etdiyi təşkilatın Azərbaycanda fəaliyyətinin əsas hədəfinin ingilis dili bacarıqlarının inkişaf etdirilməsi, beynəlxalq miqyasda tanınan təhsil metodlarının təmin olunması, təhsil sahəsində Birləşmiş Krallıq və Azərbaycan arasında əməkdaşlığa töhfə verilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Azərbaycanda, o cümlədən Bakıda bir sıra ali təhsil ocaqları ilə əlaqələrindən danışan qonaq bildirib ki, təmsil etdiyi qurum bölgələrdəki universitetlərlə də əməkdaşlıqda maraqlıdır. Elizabet Vayt tələbələri “British Council” təşkilatının həyata keçirdiyi layihələrdə fəal iştirak etməyə, təhsilin növbəti pillələri üçün Böyük Britaniyanın dünya şöhrətli universitetləri ilə əlaqələr qurmağa çağırıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev ölkəmizdə təhsilin inkişafından, bu sahədə dövlət proqramlarından danışıb. Xarici ölkələrdə təhsil alan tələbələrin ölkəmizdə müxtəlif sahələrdə yüksək fəallıq göstərdiklərini bildirib. Qeyd edilib ki, bu gün ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Dövlətimiz gənclərin mükəmməl təhsil almasını, mənəvi-psixoloji və fiziki cəhətdən sağlam böyüməsini, elmi-texniki yeniliklərə mükəmməl yiyələnməsini, dövlət qulluğu işlərində onların potensialından səmərəli istifadə edilməsini daim diqqət mərkəzində saxlayır.
Vurğulanıb ki, bu diqqət və qayğının nəticəsində gənclərimiz cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi iştirak edir, mədəniyyət, elm və idman, təhsil sahələrində böyük inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atır, milli dəyərlərimizin yaşadılması və təbliği üçün əllərindən gələni əsirgəmirlər.
 



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Birlesmis_Kralliq_Mezunlari_Assosiasiyasinin_10_illik_yubileyi_qeyd_edilib-912578

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR