Bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışları davam edir - FOTO

Bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışları davam edir - FOTO
23:17 18 Dekabr 2015
64 İdman
Ölkə mətbuatı
A- A+

Bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışlarının ikinci günü keçirilib.

Trend-in məlumatına görə, mübarizənin ikinci gündə 2003-2004 - cü il təvəllüdlü gimnastlar fərdi çoxnövçülük üzrə çıxış etdilər, 2005-2007 -ci il təvəllüdlü gimnastlar isə qrup tapşırıqları üzrə çıxış etdilər.

Turnirin sonuncu günü 19 dekabr tarixində yeniyetmələr (2000-2002; ip, halqa, top, gürzlər) və böyüklər (1999-cu il təvəllüdlü və daha böyüklər; halqa, top, gürzlər, lent) arasında qaliblər müəyyən olunacaq.

Bu tarix "balacalar", "yeniyetmələr", "gənclər" və "böyüklər" yaş qruplarına daxil olan region təmsilçiləri üçün xüsusilə əlamətdardır. Onlar hər bir yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq regionlar arası 2-ci Kubok uğrunda mübarizə aparacaqlar.

Birinciliyin sonuncu günü bədii gimnastika həvəskarlarını komandanın lideri, İlk Avropa Oyunlarının gümüş, 2015-ci ilin Avropa Çempionatının bürünc mükafatçısı, Rio-de-Janeyro 2016 Olimpiya Oyunlarına lisenziya sahibi Marina Durunda sevindirəcək.

Yeniyetmələr arasında isə 2014-cü ilin Avropa Çempionatının ikiqat mükafatçısı Jalə Piriyeva çıxış edəcək. Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər. İlin sonuncu yarışı parlaq Qala-konsertlə yadda qalacaq.

Milli.Az


























Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/391395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR