"Qalatasaray" ən dəyərlilər sırasında

"Qalatasaray" ən dəyərlilər sırasında
23:36 18 Dekabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "London School of Marketing" marketinq mütəxəssisləri Avropanın 20 ən dəyərli klubunun siyahısını hazırlayıb.

ANS PRESS-in məlumatına görə, ingilislərin hazırladığı siyahıya Madridin "Real" klubu başçılıq edir.

İspan klubunun ümumi dəyər 2,07 milyard funt-sterlinqdir. "Real" 2,05 milyard dəyərlə "Mançester Yunayted" izləyir. İlk "üçlüy"ü qapayan "Barselona"nın ümumi dəyəri 2,007 milyard funt-sterlinqdi. İngilislərin hesablamalarına görə, Avropada sadəcə 5 milyader klub var. Bunlar "Real", "Mançester Yunayted", "Barselona", "Mançester Siti" və "Bavariya"dır.


"Qalatasaray" klubu

20 klubun yer aldığı siyahıda Türkiyənin də bir təmsilçisi var. Belə ki, 187 milyon dəyəri olan "Qalatasaray" 20-ci pillədə qərarlaşıb. Siyahıda ən çoх ingilis klubu yer alıb - 8. İtaliyanın 4, İspaniya və Almaniyanın 3, Fransa və Türkiyənin isə 1 klubu ən dəyərlilər siyahısındadı.

1. Real (İspaniya) - 2.07 milyard funt-sterlinq
2. Mançester Yunayted (İngiltərə) - 2.05 milyard funt-sterlinq
3. Barselona (İspaniya) - 2.007 milyard funt-sterlinq
4. Mançester Siti (İngiltərə) - 2 milyard funt-sterlinq
5. Bavariya (Almaniya) - 1.492 milyard funt-sterlinq
6. Çelçi (İngiltərə) - 870 milyon funt-sterlinq
7. Arsenal (İngiltərə) - 832 milyon funt-sterlinq
8. Liverpul (İngiltərə) - 624 milyon funt-sterlinq
9. Yuventus (İtaliya) - 531 milyon funt-sterlinq
10. Milan (İtaliya) - 492 milyon funt-sterlinq


"Mançester Yunayted" klubu

11. Borussiya D (Almaniya) - 445 milyon funt-sterlinq
12. PSJ (Fransa) - 403 milyon funt-sterlinq
13. Tottenhem (İngiltərə) - 381 milyon funt-sterlinq
14. Şalke 04 (Almaniya) - 363 milyon funt-sterlinq
15. İnter (İtaliya) - 279 milyon funt-sterlinq
16. Atletiko (İspaniya) - 277 milyon funt-sterlinq
17. Napoli (İtaliya) - 224 milyon funt-sterlinq
18. Nyukasl (İngiltərə) - 222 milyon funt-sterlinq
19. Vest Hem (İngiltərə) - 196 milyon funt-sterlinq
20. Qalatasaray (Türkiyə) - 187 milyon funt-sterlinq

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367647

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR