Flora Kərimova: “Faiq, mənim gözümün qabağında İsa Qəmbərə yaltaqlanan sən deyildin?”

Flora Kərimova: “Faiq, mənim gözümün qabağında İsa Qəmbərə yaltaqlanan sən deyildin?”
23:39 18 Dekabr 2015
121 Digər
Ölkə mətbuatı
A- A+

Faiq Ağayev: “Flora Kərimovanın kaftar, marazmatik uydurmaları mənim heç vecimə də deyil”

Azərbaycanın xalq artistləri Flora Kərimova və Faiq Ağayev arasında baş vermiş qalmaqal daha da böyüyür. Belə ki, ötən gün Azərbaycanın xalq artisti Flora Kərimovanın açıqlamasından sonra Faiq Ağayev onun fikirlərinin yalan olması ilə bağlı APA-ya açıqlama verib: “Flora Kərimovanın kaftar, marazmatik uydurmaları mənim heç vecimə də deyil. Lakin o, arsızcasına yalan danışır. Əgər baş vermiş hadisələr onun dediyi kimi olsaydı, əgər o məni təhqir edib, yanındakı əldən düşmüş qoca mənə əl qaldırsaydı, indi Kərimova müsahibə verə bilməzdi, çünki artıq reanimasiyada olacaqdı. Həyat ona heç nəyi öyrətmədi, görünür, o, döyülməyə alışıb! Mən onun kimi əqidəsiz yelqovan - flyuqer deyiləm. Mən haqqımı yerdə qoymaram”.

F. Ağayevin bu fikirlərinə biganə qalmayan xalq artisti Flora Kərimova isə APA-ya deyib ki, Əli Mirəliyevlə olan skandalın onunla Faiqin qalmaqalına çevrilməsinə təəccüblənir: “Niyə Əli Mirəliyevdən soruşmurlar ki, bu qalmaqal haradan başlayıb, necə olub? İş ki qaldı onun dediyi kimi qoca, marazmatik olmağıma, övladlarımın məni atıb xaricə getməklərinə... Mənim oğlum da, qızım da xaricdə ailə, övlad sahibidirlər. Sən burada övladsız, ailəsiz, adın dillərdə əzbər, özünü nüfuzdan sala-sala durmusan. Adam da özünə bu boyda pislik edər? Mənim xəstə gözümdən danışırsan, sənə elə sənin əməllərini bir xeyli saya bilərəm. Sinəni silikonlamısan, guya “nakaçat” eləmisən. Camaat bir-birinə dəymişdi, aləm sənə gülürdü. Qaşını alıb, botoks elətdirmisən, o qədər gözə çarpır ki, utandığından eynəksiz gəzə bilmirsən. Üzünün dərisini dartdırmısan, bircə boyuna gücün çatmır. Klinikaya gedib ayaqlarını dartışdırırdın ki, boyun heç olmasa bir santimetr uzun olsun. O da alınmadı, dodaqlarını şişirdib, burnunu o qədər əməliyyat etdirmisən ki, jurnallar səni ələ salır. Hansı canınla sən Əli Mirəliyevə hədə-qorxu gəlirsən? Cangüdənlərin haqqında düşündünmü? Bilmirsən ki, onları məhşər ayağına çəksələr, birinci sənin adın çəkiləcək. Kim təxribatlardan xeyir görüb ki, sən də görəsən? O qədər ağılsızsan ki, sənə dəstək olduğunu söylədiyin nazirin adı ilə spekulyasiya edib, insanlara hədə-qorxu gəlirsən. Hətta dəqiqəbaşı ora-bura ərizələr yazırsan. Əli Mirəliyevin qalstukundan tutub dartan sən deyildin? Üzünə iki yumruq vurulan sən Faiq, deyildin? İki il sərasər camaatın üzünə qırmızı-qırmızı “mən xoşbəxtəm, ailəmdən ayrılmamışam” deyib, efirlərdən bağırıb yalan satan sən deyildin? Nigarı yalvara-yalvara sonuncu konsertinə gətirib həyat yoldaşın kimi təqdim edən sən deyildin? Etdiyin pisliklərdən ehtiyat edib, daha doğrusu, qorxub onları güdaza verərək, özünü cangüdənlərlə sığortalayan, sən deyildin? Dediyin kimi kişisənsə, Əlini çağırıb bir kənarda söhbət edəydin. Telekanalın həyətində Əliyə “petux” deyirdin, günümüzə bax, gör, kim-kimə “petux” deyir. Heç olmasa gücü çataydı, telefonlarda əldən-ələ gəzən pornolarının qabağını alaydın. Bacarmadın... Gücün ancaq onu-bunu hədələməyə çatdı. Əlinə dəyənək alıb, insanların üstünə şığıyıb, gözlərinin odunu nə qədər almağa çalışırsansa da, bir elə də gözdən düşürsən”.

F. Kərimova siyasi əqidəsi ilə bağlı deyilənlərə də münasibət bildirib: “O da ustadı İlhamə kimi əzbərləyib bu sözləri... Məni məcbur edirlər, deyim ki, təki hər kişi mənim əqidəmin, iradəmin sahibi olaydı. Mənim gözümün qabağında İsa Qəmbərə yaltaqlanan sən Faiq deyildin? Mənim yanıma düşüb, onun 40 illik yubileyində oxuyan və şərəfinə sağlıq qaldıran sən Faiq deyildin? Hər dəfə görəndə Əli Kərimlinin qabağına qaçıb, əlini bərk-bərk sıxan sən Faiq deyildin? Yoxsa qulağına xəbər çatmışdı, gələcəyini təmin edib sığortalamaq istəyirdin? Xarici səfirliklərin bayramlarında oxuyanda hamının gözünün qabağında qollarını açıb İsa bəyi öpən sən deyildin? Yenə soruşuram, onda sən hansı əqidənin sahibisən? Bu yalanlarla hara qədər gedə biləcəksən? Bu zopalarla nəyə nail olacaqsan? Cangüdənlərinə yazığın gəlsin, onları qabağa verib oyuna salma. Öz adını təmizləmək artıq gecdir, ustadının sevimli sözü ilə desək, “sənin qatarın çoxdan gedib”. Səninki bura qədər imiş. At oynadan vaxtların çoxdan keçib, indi həyatının külü ilə oynayırsan.

Kimliyini indiyə qədər özün üçün ayırd eləmisən? Əgər indi 40 yaşını adlayanda, bu ağıldasansa, mənim yaşımda nə gündə olacaqsan?”


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR