NATO Türkiyə ilə bağlı qərar verdi

NATO Türkiyə ilə bağlı qərar verdi
23:44 18 Dekabr 2015
135 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı-APA. NATO Türkiyənin hava hücumundan müdafiəsinə dair razılığa gəlib. APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

 

“Regionda vəziyyətin qeyri-stabil olması ilə əlaqədar biz Türkiyəyə dair yekun razılıq əldə etdik. Bu ölkənin hava məkanının müdafiəsinin təmin olunması üzrə plan qəbul edilib. Plana əsasən Türkiyədə həmçinin kəşfiyyat təyyarələrinin sayı artırılacaq", deyə Y.Stoltenberq bildirib.

 

Qeyd olunur ki, razılaşmaya hazırlıq Rusiya hərbi təyyarəsi ilə bağlı insidentdən əvvəl, 10 ay bundan əvvəl başlayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225780

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR