Məşhur azərbaycanlı döyüşçü prezidentin süfrəsində (VİDEO, FOTO)

Məşhur azərbaycanlı döyüşçü prezidentin süfrəsində (VİDEO, FOTO)
23:51 18 Dekabr 2015
134 İdman
Ölkə mətbuatı
A- A+

Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov ilə birgə şam yeməyi yeyib.

ANS PRESS-in məlumatına görə, “Mauqli” ləqəbli döyüşçü “İnstaqram” səhifəsində Ramzan Kadırov ilə şəkil paylaşıb.

O, “Qardaşımla gecikmiş şam yeməyi” yazaraq şəkli izləyiciləri ilə bölüşüb.


Zabit Səmədovun "İnstaqram" səhifəsi.

Çeçenistan respublikasının prezidenti Ramzan Kadırov ilə dost olan Zabit Səmədov son illər ərzində üçüncü dəfədir ki, Qroznıda rinqə çıxıb. "Mauqli" Çeçenistan lideri ilə rinqə çıxıb, onunla əlbəyaxa olub.


Ramzan Kadırov və Zabit Səmədov.

Ötən ilin iyulunda o, Qroznıda alman Stefan Lekonu, avqustda isə bosniyalı Cevad Poturakı məğlub edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367626

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR