Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Bərdə sakini balıq tutarkən bədbəxt hadisə nəticəsində ölüb

​Bərdə sakini balıq tutarkən bədbəxt hadisə nəticəsində ölüb

Date: 19 December 2015 00:17

Bakı. 19 dekabr. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
"Report" xəbər verir ki, Bəcirəvan kənd sakini Mobil Məmmədov balıq tutarkən həyatını itirib.
Yerli sakinlərin bildirdiklərinə görə, hadisə ötən gün axşam saatlarında kənd ərazisindən keçən Qarabağ kanalında baş verib. Zərərçəkən ov edən zaman ayağı ehtiyatsızlıqdan sürüşüb və başı kanalın kənarındakı betona dəyib. Ağır beyin travması alan kişi bir müddət köməksiz qalıb.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Tags:  Bərdə sakini balıq tutarkən bədbəxt hadisə nəticəsində ölüb

RƏYLƏR


Top news