Messi PSJ-yə keçə bilər

Messi PSJ-yə keçə bilər
00:51 19 Dekabr 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

"Messi PSJ-yə keçə bilər".

ANS PRESS-in məlumatına görə, bu sözləri Fransa klubunun futbolçusu Anxel Di Maria bildirib.

O, bildirib ki, PSJ-nin Leonel Messini almağa gücü çatar: "İnanıram ki, bir gün Messi PSJ-yə keçəcək. Pul olduqca, hər şey mümkündü. Onun kimi futbolçunu transfer etmək hər kluba baha başa gələr. Ancaq Messinin bizim kluba keçməsi Fransa futbolu üçün də böyük hadisə olar. Bunun üçün komandamızın maddi dayaqları güclüdü. O, PSJ-yə keçə bilər". Hər iki futbolçu 2008-ci ildən Argentina millisinin üzvüdür.


Anxel Di Maria və Messi

Bir müddət əvvəl İngiltərinin “Mançester Siti” klubu Lionel Messiyə fantastik şərtlərlə müqavilə təklif edib. “Şəhərli”lər argentinalı ulduzun müqaviləsində yer alan 250 milyonluq maddəni ödəyəcəklərini açıqlayıblar. Futbol tarixinin ən böyük təklifini etməyə hazırlaşan “Mançester Siti” futbolçuya illik 30 milyon avro ödəməyə hazır olduğunu bildirib. İngilis təmsilçisi hətta futbolçunun reklam və forma gəlirlərinin də özünə verəcəyini ifadə edib. Əgər bu transfer gerçəkləşərsə, bu futbol tarixinin ən bahalı keçidi olacaq. Ulduz futbolçuya daim digər klublardan təkliflər gəlməkdə davam edir.Lakin bunlara baxmayaraq Messi dəfələrlə katalon klubunda özünü xöşbəxt hiss etdiyini və buradan ayrılmaq fikrində olmadığını bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR