Gülüstan Əliyevanın solo konserti oldu

Gülüstan Əliyevanın solo konserti oldu
01:31 19 Dekabr 2015
39 Şou
Ölkə mətbuatı
A- A+

Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyasında Əməkdar Artist Gülüstan Əliyevanın solo konserti keçirilib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, konsertdən əvvəl konservatoriyanın rektoru, Xalq Artisti, professor Siyavuş Kərimi Gülüstan Əliyevanın sənət və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra tədbir iştirakçıları Gülüstan Əliyevanın ifasında “Xaric Segah”, bir sıra xalq və bəstəkar mahnılarını dinləyiblər. Konsertdə C.Cahangirovun "Gözəlim", "Süsən qızlar", A.Bəbirovun "Bənövşə", T.Bakıxanovun "Azərbaycan gölləri" mahnıları, eləcə də “Humayun” təsnifi ifa olunub. Gülüstan Əliyevanı Əməkdar Artist Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədov (kamança), Əməkdar Artist Çinarə Heydərova (qanun), Naibə Şahməmmədova (piano), Pərviz Əlikramov (balaban), Qalib Həşimov (bas tar), Bəylər Ağayev (ud) və Ramin Abdullayev (nağara) müşayiət ediblər.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42784

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR