Rusiyanın almadığı məhsulları əhaliyə payladılar (FOTO)

Rusiyanın almadığı məhsulları əhaliyə payladılar (FOTO)
02:11 19 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Osmaniyənin Kadirli rayon bələdiyyəsi baş verən sanksiyalardan dolayı Rusiyanın almadığı 20 ton tərəvəz və meyvəni əhaliyə pulsuz paylayıb.

ANS PRESS-in məlumatına görə, istehsalçılara 35 min TL ödəyərək alınan soğan, kartof, xiyar, mandalin, portağal və almadan ibarət 20 ton tərəvəz və meyvənin əhaliyə verilməsi, “Yerli Mal Həftəsi” çərçivəsində Şəhid İbrahim Qundaqçı və Şəhid Mehmet Hallaç məhəllələrinin kəsişdiyi nöqtədə baş tutub.

Meyvə və tərəvəzləri işçilərlə birlikdə yük maşınlarının yanında dayanıb əhaliyə paylayan Bələdiyyə başcısı Ömər Tarhan məqsədlərinin fermerlərə dəstək olmaq və əhalini yerli mal almağa çağırmaqdır.

Sanksiyalardan sonra Türkiyənin bir çox əyalətlərində bu cür aksiyalar keçirildi.

Belə aksiyalardan biri də Türkiyənin ən böyük turşu istehsal edən məhəllərindən biri olan Bursa Gedelek məhəlləsi istehsalçıları fermerlərə Rusiyanın geri qaytardığı tərəvəzlərdən turşu istehsal etmək üçün müraciət yayıb.

Bu müraciətdən sonra Antalyadan 500-600 ton məhsul gətirilərək turşu istehsal edilib.



Rusiya ilə Türkiyə arasında gərginlik Rusiyaya məxsus Su24 təyyarəsnin Türkiyə tərəfindən vurulmasından sonra başlayıb. Hadisənin ardından Rusiya Türkiyə mallarına sanksiyalar tətbiq edib.

Brokerlərin hesablamalarına görə Türkiyə bu sanksiyalardan 12 milyard dollar itirəcək. Bunun 3 milyard dolları turistlərdən, 3 milyard dolları məhsullardan digər 6 milyard dollar isə digər ticari sferaların payına düşür.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR