Tramp əlyehinə petisiya toplanır (VİDEO)

Tramp əlyehinə petisiya toplanır (VİDEO)
02:31 19 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+

Müsəlmanlara qarşı çıxışları ilə daim diqqət mərkəzində olan ABŞ-ın prezidentliyə naimzədi, biznesmen Donald Tramp müsəlmanlarla yanaşı artıq yerli əhalinin də etirazı ilə qarşılaşıb.

Artıq yerli sakinlər Donald Trampın adını daşıyan yaşayış binalarından biznesmenin adının götürülməsini tələb edirlər. Sakinlər bununla bağlı petisiya da imzalayıblar.

ANS TV-nin məlumatına görə, Amerikada 2016-cı ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək namizədlər arasında raqəbət artır. Respublikaçıların prezident seçkiləri üçün namizədlərindən olan Donald Trampın radikal çıxışları isə onun əlyehinə olanların sayını artırıb. Hətta Donald Trampın adını daşıyan binalarda yaşayan sakinlər belə Trampın əlyehinə petisiya toplamağa başlayıblar.

Səbəb isə Trampın müsəlmanlara, miqrantlara və qadınlara qarşı radikal çıxışlarıdır. Ümumiyyətlə namizədlər arasında Donald Tramp radikal çıxışları ilə seçilir.

Sakinlərin toplamağa başladıqları petisiyada qeyd edilir ki, radikal bir insanın adını daşıyan binalarda yaşamaq istəmirik.

Vaşinqtonda Donald Trampın adını daşıyan binanı üzərində iri həriflərlə Tramp sözü həkk olunub. Bu isə onu göstəriri ki, Tramp sözün əsil mənasında özü vurğundur.

Donald Tramp üç dəfə iflasa uğurasa da, sonradan geri aldığı əmlakların üzərinə iri həriflərlə Donald Tramp - öz adını yazdırıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR