Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə ediblər
13:03 30 Dekabr 2014
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Cəmilə Cəfərova/

Azərbaycan və İordaniya korrupsiya ilə mübarizədə əməkdaşlığı müzakirə ediblər. Bu məsələ Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyovla İordaniyanın Korrupsiya əleyhinə komissiyasının rəhbəri Samihə Bino arasında keçirilən görüş zamanı müzakirə olunub. Bu barədə Trend çərşənbə axşamı İordaniyanın “Jordan” informasiya agentliyinə istinadən xəbər yayıb.

Samihə Binonun sözlərinə görə, rəhbərli etdiyi təşkilat regional və beynəlxalq əməkdaşlığın, korrupsiya ilə mübarizə sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinə hədəflənib.

Səfir Ağabəyov görüşdə Azərbaycandakı analoji strukturun fəaliyyəti haqqında danışıb. Diplomat, həmçinin Azərbaycanla İordaniya arasında münasibətlərin bütün sahələrdə inkişaf etməsindən razılığını ifadə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2348979.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR