Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prezident öz sidiyini içməkdən imtina etdi (VİDEO, FOTO)

Prezident öz sidiyini içməkdən imtina etdi (VİDEO, FOTO)

Date: 19 December 2015 03:36

ABŞ prezidenti Barak Obama Bear Qrillsin şousunun çəkilişləri zamanı çətin anlar yaşayıb.

ANS PRESS-in məlumatına görə, Obama “Running Wild” teleşousunun Alyaskada baş tutan çəkilişləri zamanı maraqlı fikirləri ilə yadda qalıb.

ABŞ lideri bildirib ki, əgər bundan onun həyatı asılı olsa belə öz sidiyini içməyəcək. Belə açıqlamanı Ağ ev başçısı “Running Wild” realiti-şousunda deyib. "Belə vərdiş məndə yoxdur. Ehtimal ki, mən bunu yalnız şouya görə etməzdim", - deyə prezident deyib.

Ancaq çəkilişlər zamanı Obama Qrillsin ona təklif etdiyi ayının ovladığı, ancaq axıracan yeməyib atdığı vəhşi qızılbalıqla nahar eləməyə razılaşıb. Adətən ayılar tutduqları balıqların ən yağlı hissələrini yeyib artıqlarını isə atırlar.



Barak Obama canlı təbiətdə necə sağ qalmaq şousunda iştiraka qlobal istiləşmənin təbiətə vurduğu ziyana ictimaiyyətin diqqətini çəkmək üçün çəkilişlərə razı olub. Obama Alyaskaya sentyabr ayında səyahət edib. Ağ ev Qrills və onun çəkiliş qrupuyla əlaqə saxlayaraq teleşouda prezidentin iştirakı haqqında razılaşıb. Qrills çəkilişlərindən sonra verdiyi müsahibə Obamanı təxminən 50 nəfərin müşaiyət etdiyini bildirib. Onların içində yalnız snayperlər və vertolyotlarda olan hərbçilər deyil, həm də mətbuat xidmətinin əməkdaşları və şəxsi dequstator olub.


Tags:  Prezident öz sidiyini içməkdən imtina etdi VİDEO FOTO


RƏYLƏR


Top news