Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 29 yaşlı kişi qətlə yetirildi

Bakıda 29 yaşlı kişi qətlə yetirildi

Date: 19 December 2015 04:14

Ötən gecə Bakıda 29 yaşlı kişi aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

 

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Ağadadaş Qurbanov küçəsi 77 ünvanında 29 yaşlı Adil Məmmədov bıçaqlanıb. O, təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Adil Məmmədovun öldüyünü müəyyən ediblər.

 

Polis və prokurorluq əməkdaşları hadisənin baş verdiyi evdə müayinələr aparıblar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Adil Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı heç kim şübhəli şəxs qismində saxlanılmayıb. Adil Məmmədovun öz-özünə bıçaq xəsarəti yetirdiyi və bunun nəticəsində öldüyü də istisna edilmir.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğundan cinayət işi başlanılıb, araşdırma aparılır.


Tags:  Bakıda 29 yaşlı kişi qətlə yetirildi

RƏYLƏR


Top news