Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ərdoğan Putinin düşməni ilə görüşdü

Ərdoğan Putinin düşməni ilə görüşdü

Date: 19 December 2015 04:46

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Ukraynanın xalq deputatı, Krım tatarların lideri Mustafa Cemilevlə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüş Konya şəhərinin mehmanxanasında olub və təxminən 40 dəqiqə davam edib.

Rusiya tərəfindən ilhaqdan sonra Krıma gəlişi qadağan edilən Krım tatarlarının lideri Mustafa Cemilevlə ğörüşdə Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan da iştirak edib.

Danışıqların gedişatında Ukrayna və Türkiyənin strateji əməkdaşlığı məsələləri müzakirə edilib. Onların arasında azad ticarət zonasının yaradılması ideyası, həmçinin Xerson ərazisində hərbi bölmənin təşkilatı və dünya ali məktəblərində krım-tatar tələbələrin təhsili məsələləri müzakirə olunub.


Mustafa Cemilev

Ukrayna prezidentinin Krım tatarlarının işlər üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cemilev Ərdoğanla Türkiyə- Rusiya münasibətləri barədə də fikir mübadiləsi aparıb. Krım tatarlarının liderləri Mustafa Cemilev və Refat Çubarov artıq bir neçə gündür Türkiyədə səfərdədir. Bir müddət əvvəl Cemilev BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında Rusiya tərəfindən ilhaq edilən Krımın ərazisində rusların hərbi, hətta nüvə silahı bazasına çevirmək üçün səy göstərdiyini qeyd edib.


Krım ərazisi xəritədə

Bir müddət əvvəl Ukraynanın baş naziri Arseni Yatsenyuk Krımın ilhaqı və Donbasın dağıdılmasına görə ölkəsinin Rusiyadan azı 1 trilyon qrivna (təxminən 50 milyard dollar) tələb etmək niyyətində olduğunu bildirib. Bununla bağlı Kiyev hazırda Rusiya ilə hüquqi savaşa hazırlaşır.



Ukrayna baş nazirinin sözlərinə görə, Kompensasiya ilə yanaşı məhkəmə araşdırması gündəliyinə Moskvanın Ukraynanın 3 milyard dollarlıq borcunu restrukturizasiya etmək istəməməsi salına bilər. Yatsenyuk Rusiyanı borcun restrukturizasiya olunması ilə bağlı mövqeyini bildirməyə çağırıb. Onun sözlərinə görə, Kiyev Moskvaya borcun restrukturizasiyasını və qismən silinməsini təklif edir.

Tags:  Ərdoğan Putinin düşməni görüşdü


RƏYLƏR


Top news