Akif Çovdarov haqda sensasion açıqlamalar

Akif Çovdarov haqda sensasion açıqlamalar
05:06 19 Dekabr 2015
116 Ölkə
Ölkə mətbuatı
A- A+

Tağı Əhmədov Akif Çovdarovun məhkəməsində ifadə verəcək (21 İyun 2017 12:23)
Akif Çovdarov: "Ad çəksəm, nələr olacağını bilirsiz?" (15 May 2017 14:13)
Çovdarov nazirliyi məhkəməyə verdi (03 Aprel 2017 11:05)

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirətdə yaşayan Elşad Abdullayev ölkə rəhbərliyi, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev və KİV-lərə yeni müraciət ünvanlayıb. Müraciətin bir nüsxəsini də “Yeni Müsavat”a göndərən E.Abdullayev müraciətində Akif Çovdarovun gizli həbsxanasını barədə ilginc təfərrüatları yazıb. Bundan başqa, sabiq rektor milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşü barəsində də bu günə qədər açıqlamadığı detallardan bəhs edib.

“MƏNİ BÜTÜN GÜN ÇOVDAROVUN MASAZIRDAKI HƏBSXANASINDA AC-SUSUZ SAXLADILAR”

Keçmiş ABU rektorunun iddiasına görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general-mayor Akif Çovdarovun onun qardaşı Mahir Abdullayevə 300 min dollar borcu olub. E.Abdullayev yazıb ki, Akif Çovdarovun cinayət ortağı Qulu Cəfərov bunu Mahir Abdullayevə oktyabr 2001-ci il tarixdə verdiyi yazılı izahatında da öz imzası, eləcə də barmaq izi ilə təsdiq edib.

E.Abdullayev yazır ki, bu əlyazmanı qardaşı itkin düşəndən sonra onun iş otağındakı qara rəngli əl diplomatından götürüb. Bundan sonra Qulu Cəfərovla görüşməyə çalışıb: "Sonradan bizə məlum oldu ki, o, Akif Çovdarovun şəxsi həbsxanasında işləyir. Qulu Cəfərov bizimlə görüşməkdən qaçırdı. Ancaq eşidəndəki Mahir onunla bir yerdə çox vaxt keçirib, onu axtarmağa başladım. Nəhayət, 2009-cu ildə Qulu Cəfərovu lX mikrorayonda yerləşən və yaxın qohumu Akif Çovdarovla bir mərtəbədə, qapı-bir qonşu kimi yaşadığı evin girəcəyində yaxaladım. Onun imzası ilə yazılmış Mahir Abdullayevə 300 min dollar borcu olması haqqında izahatı Qulu Cəfərova təqdim etdim və ondan Mahirə olan borcunu tələb etdim. O, gözlənilməz görüşdən az qala huşunu itirirdi, and-aman etdi ki, pullar Akif Çovdarovdadır, ondan ala bilərsiniz, mən Akif Çovdarovun taxta-şalban ofisində işləyirəm, mənə çörək pulu verir. Düzdür, pul mənim imzamla alınıb, ancaq Mahir pulu Akif Çovdarova verib. Mənə Akif Çovdarovun mobil telefonunu verdi və dedi ki, sabah zəng et görüş, o da mən deyənləri deyəcək".

Elşad Abdullayevin yazdığına görə, Qulu Cəfərovla bu görüşdən 1 gün sonra qara maskalılar onu saxlayaraq, Akif Çovdarovun gizli həbsxanasına aparıblar. Sabiq rektor bu hadisəni belə təsvir edir: “Səhərisi günü səhər saat 7-8 radələrində idmana gedəndə evimin qabağında təcili tibb yardım maşınından düşən silahlı qara maskalılar məni zorla maşına saldılar. Qara maskalılardan MTN polkovniki Rəsul Rəsulov, Yaşar Lətifov (soyadını ola bilər ki, səhv salıram), indi həbsdə olan Teymur Quliyev üzlərini açmışdılar. Araz Laçınlı, polkovnik Fikrət Əliyev və general Elçin Quliyevi, Sənan İbrahimovu və Qulu Cəfərovu isə üzlərini açmasalar da, səslərindən və yerişlərindən tanıdım. Məni MTN-in arxa qapısına gətirdilər, lakin ora çatmamış Akif Çovdarovun tapşırığı ilə Masazırdakı şəxsi həbsxanasına apardılar. Bu zaman Elçin Quliyev, Fikrət Əliyev, Araz Laçınlı və Teymur Quliyev MTN-in arxa qapısından içəri girdilər. Rəsul Rəsulov qara maskalı təcili tibbi yardım maşınının sürücüsünə bildirdi ki, «siz professoru Masazır Universitetinə aparın». Yəni Akif Çovdarovun şəxsi həbsxanasına. Bütün günü məni Akif Çovdarovun Masazır həbsxanasında ac-susuz saxladılar, qonşu otaqda elektroşokla 2 nəfərə huşu itənə qədər işgəncə verirdilər, onların ah-naləsinə, yalvarışlarına səs verən yox idi. Təsəvvür edin, Azərbaycan Milli Elmlər Akademiyasında 10 ildən çox baş elmi işçi vəzifəsində çalışmışam, 30 il Bakı Dövlət Universitetinin Hüquq fakültəsində 30 elmi-pedaqoji stajım var, ABU-da rektor işləyirəm, Prezidentin yanında AAK-in Hüquq Ekspert Şurasının sədri vəzifəsində çalışmışam, birdən-birə elə gözlənilməz situasiyaya düşdüm ki, məqam axtarırdım ki, oradan necə qaçım».


Akif Çovdarov (solda) və Elşad Abdullayev (turist)

“MƏN SAXLANAN OTAQDA QAN İZLƏRİ VAR İDİ...”

Elşad Abdullayevin yazdığına görə, günün sonuna yaxın Akif Çovdarov onun saxlandığı otağa gəlib. Bu onların ilk canlı görüşü olub: «Akif Çovdarov məni Azərbaycan Beynəlxalq Universitetindəki «qanun pozuntuları» ilə təhdid etməyə başladı. O məni MTN-in Təhsil Nazirliyindəki «Qara qutusu» İlyar Vahabovun yoxlama protokolları, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzilinin yazdığı yazılarla gecə saat 2-yə qədər təhdid etdi. Məni qorxu və təəccüb bürümüşdü. Akif Çovdarovun şəxsi həbsxanasında hamı qara maskalı və silahlı idi. O, başa düşəndə ki, artıq mən çəkinirəm, ondan sonra Qulu Cəfərovun Mahir Abdullayevə borclu olması haqqında məsələyə keçdi. Bu zaman əlində avtomat qara maskada Qulu Cəfərov və mənə özünü MTN polkovniki kimi təqdim edən Sənan İbrahimov (MTN-in müavini Hilal Əsədovun qohumu) da otağa daxil oldular. Mən saxlanan otaqda çoxlu qan izləri var idi. Qulu və Sənan üzlərini açmadan tam silahlı vəziyyətdə heç nə danışmadan Akif Çovdarovun komandasını gözləyirdilər. MTN generalı Elçin Quliyev maşından düşəndə bildirdi ki, «Elşad müəllim mənim MTN Akademiyasında müəllimim olub, yaxşı deyil, gəlin mənim otağımda dindirək»…

“ÇOVDAROV DEYİRDİ Kİ, EYNULLA FƏTULLAYEVİ ÖLDÜRMƏMƏYİMİ ÖZÜMƏ BAĞIŞLAMIRAM”

E.Abdullayev daha sonra A.Çovdarovla arasındakı dialoqun ilginc detallarını açıqlayıb. Keçmiş rektor daha sonra yazır ki, Akif Çovdarov Mahir Abdullayevi tanımadığını, onunla heç bir alış–verişinin olmadığını deyib: “Dedi ki, “nə mən, nə də qohumum Qulu Cəfərov Mahiri tanımırıq, bizim ona heç bir borcumuz yoxdur”. Xəbərdarlıq etdi ki, “bir də bu söhbətin üstünə qayıtma. Varsa da bizim Mahirə olan borcumuzu bağışlayırsan. Bir də bu söhbətin üstünə qayıtma elə etmə ki, səni göndərək Mahirin, jurnalist Elmarın, akademik Ziya Bünyadovun, Rail Rzayevin yanına… Jurnalist Rafiq Tagnı necə xəstəxanada qətlə yetirdilər, jurnalist Eynulla Fətullayevin başına gətirdiyi müsübətlərdən elə bil qəhrəmanlıq edibmiş kimi məni təhdid etdi. Xüsusən də jurnalist Eynulla Fətullayevdən cox yanıqlı olduğu üçün özündən asılı olmayaraq ondan yanıqlı danışırdı. O, bildirirdi ki, « bir məsələni özümə bağışlaya bilmirəm. Jurnalist Eynulla Fətullayevi əlimdə imkan var idi öldürmədim. Onsuz da onu da Elmar Hüseynovun və Rafiq Tağının yanına göndərəcəm... Ona qarşı cox kinli-küdurətli idi. O, məqam axtarırdı ki, Eynulla Fətullayevlə də hesablaşsın…İnanın, adam MTN generalı deyil, bir KQB cəlladı və manyakı idi, nə danışdığının fərqində deyildi. « Başa düşmürsənsə bir də başa salaq » deyərək tükürpədci qətillər seriyasından təhdid dolu xəbərdarlıq edirdi. Nə isə, fikirləşirdim ki, necə qurtulum bu faşistlərinin əlindən, mənim üçün olduqca ağır və gözlənilməz situasiyaydı. Akif Çovdarovun əmrilə qara Lexus cip maşında bir qara maskalı heç bir şey danışmadan məni şəhərin mərkəzindəki evimə gətirdi”.

“QORXDUĞUMDAN ƏMİN OLUB MƏNİ BURAXDILAR...”

Sabiq rektor yazıb ki, bu hadisədən 3 gün sonra onu MTN-ə çağırıblar. Burda onun nazir Eldar Mahmudovla da görüşü olub: “MTN nazirinin köməkçisi – əmisi oğlu Vüqar Mahmudov səhər saat 9-da mənim mobil telefonuma zəng edib bildirdi ki, sizi MTN-in Baş İstintaq İdarəsinin rəisi Şıxəliyev Mövlan gözləyir. MTN nazirinin qəbul otağına gəldim, oradan da MTN Baş İstintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevin otağına getdik. Məni Mövlan Şıxəliyev və müstəntiq Novruz Məmmədov birlikdə qəbul etdilər. Onlar mənə Mahirin oğurlanmasından suallar verdilər, mən də Akif Çovdarovun söhbətindən sonra heç bir şey danışmadım. Çünki istintaqa qonşu otaqdan Akif Çovdarov və Hilal Əsədov istiqamət verirdilər. Onlar selektor telefon danışıqları ilə məni aşağılayan söyüşlər söyürdülər, bunları acıq –aşkar eşidirdim. Onlar əmin olandan sonra ki, mən Akif Çovdarovun ssenarisi üzrə danışmayacağam, bundan sonra Mövlan Şıxəlıyev və müstəntiq Novruz Məmmədovla birlikdə MTN naziri Eldar Mahmudovun iş otağına gəldik. Eldar Mahmudov da məni Mahir Abdullayevin oğurlanması ilə bağlı sorğu-suala tutdu. Qorxduğumdan əmin olduqdan sonra axşam saat 20 radələrində məni MTN-dən buraxdılar. Bir hüquq professoru olaraq, artıq fərqindəydim ki, kimlərlə üzləşmişəm…”

Qeyd edək ki, Elşad Abdullayev bu faktları ilk dəfədir açıqlayır. Sabiq rektor müraciətinin sonunda bir sıra suallara aydınlıq gətirilməsini tələb edir. Müraciətin mediaya açıq yayılan hissəsinə gizli çəkilən 4 video da əlavə edilib.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

İlham Əliyev xorvatiyalı həmkarını təbrik etdi

24 İyun 2017 18:05

Formula 1 fanatları Bakının gəzməli yerlərini öyrənirlər (FOTO)

24 İyun 2017 17:55

Evinizdəki zibilləri atmasanız nə baş verər? - FOTO

24 İyun 2017 17:53

Aparıcının qızının bu fotoları atasını əsəbiləşdirəcək

24 İyun 2017 17:52

Formula 1: Colion Palmerin idarə etdiyi bolidin yanma səbəbi müəyyənləşib

24 İyun 2017 17:52

Azərbaycanda daha bir həkim QALMAQALI: yeni doğmuş anaya səhv qan köçürdülər - ŞOK OLAY

24 İyun 2017 17:49

Azərbaycanda ayaqqabı istehsalı azalıb

24 İyun 2017 17:47

Qumbara satdığı üçün tutuldu -

24 İyun 2017 17:46

Xalq artisti Azərbaycanda heç kimin etmədiyini reallaşdıracaq

24 İyun 2017 17:43

Formula 1 yarışlarında sıralama turunda 4 pilot yarışı dayandırıb

24 İyun 2017 17:43

Dünya bu cütlüklərdən danışır - İlanla, ölü ilə evlənən... - VİDEO - FOTO

24 İyun 2017 17:37

Colyon Palmer Formula 1 yarışlarının sıralama turuna çıxa bilməyib

24 İyun 2017 17:36

Bakıda Formula 1 zamanı problem yaşanıb? - AÇIQLAMA

24 İyun 2017 17:32

Günün matçlarını yayımlayacaq kanallar

24 İyun 2017 17:27

NATO-nun sirr kimi saxlanan Rusiya PLANI ÜZƏ ÇIXDI

24 İyun 2017 17:23

Məşhur rusiyalı aktrisa Anastasiya Zadorojnaya Bakıda Formula 1 yarışlarını izləyir (VİDEO)

24 İyun 2017 17:22

Formula 1 üzrə Azərbaycan Qran Prisinin sonuncu sərbəst yürüşünə yekun vurulub

24 İyun 2017 17:22

Formula 1 pilotunun bolidi yanıb -

24 İyun 2017 17:21

Bakıda keçmiş sevgilisini amansızca öldürən şəxslər bağlı RƏSMİ MƏLUMAT

24 İyun 2017 17:19

Yasamalda evə basqın edərək qətl törədən şəxs tutulub

24 İyun 2017 17:17

Hindistanda qəzəblənmiş fil avtomobili aşırdı (VİDEO)

24 İyun 2017 17:15

Xanım sürücü evakuator maşınını aparmasın deyə soyundu - VİDEO

24 İyun 2017 17:12

Palata Formula 1-lə əlaqədar xüsusi monitorinq qrupu yaradıb

24 İyun 2017 17:12

Flavio Briatore: “Bakının uzun müddət Formula 1-də qalacağına ümid edirəm”

24 İyun 2017 17:12

Aslı və Muraddan gözlənilməz qərar

24 İyun 2017 17:12

Bütün içkiləri su ilə əvəz etsəniz, orqanizmdə nə baş verəcək?

24 İyun 2017 17:08

Formula 1-lə əlaqədar banklar gücləndirilmiş rejimdə çalışır

24 İyun 2017 17:08

Bakıda Formula 1 pilotlarının sıralama turu başladı (CANLI)

24 İyun 2017 17:08

Conni Depp Trampdan üzr istədi

24 İyun 2017 17:05

İspan futbolçu karyerasını bitirdi

24 İyun 2017 17:05

Hindistan bütün ölkələri geridə qoyacaq - PROQNOZ

24 İyun 2017 16:58

Berni Ekklstoun: “Bakıya heç vaxt gəlməyənlərə bura səfər etməyi məsləhət görürəm”

24 İyun 2017 16:57

Ağır döyüşlər: 10 ölü, 20 yaralı

24 İyun 2017 16:53

Azyaşlıların sırğalarını soydu

24 İyun 2017 16:52

Azərbaycanda elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb

24 İyun 2017 16:52

"Qarabağ" ilk əcnəbini transfer etdi -

24 İyun 2017 16:49

Fil fevtivalı döyüş meydanına çevirdi – VİDEO

24 İyun 2017 16:48

Acunun toyu 3 gün, 3 gecə olacaq

24 İyun 2017 16:42

Xırdalanda borc pula görə tanışını bıçaqlayan şəxsin cəzası endirilib

24 İyun 2017 16:42

ABŞ və Çin arasında bu ölkəyə qarşı TARİXİ RAZILAŞMA

24 İyun 2017 16:38

Elçin Sanqu yeni serialla qayıdır

24 İyun 2017 16:32

Aktauda islam həmrəyliyi ilə bağlı tədbir keçirilib

24 İyun 2017 16:29

İranlı azarkeş: Azərbaycan Formula 1 yarışını yüksək səviyyədə təşkil edib

24 İyun 2017 16:29

Estetik cərrahiyyədə birinci ledi dəbi

24 İyun 2017 16:28

Avropa Liqasına erkən vida

24 İyun 2017 16:27

Dibalanı yoldan çıxarırlar - SON DURUM

24 İyun 2017 16:27

Azərbaycanda gizli at əti BİZNESİ - İNANILMAZ FAKTLAR

24 İyun 2017 16:23

Rusiyanın ən məşhur qanuni oğrusunun bakılı qızının GƏNCƏ MACƏRASI - FOTO

24 İyun 2017 16:22

Şarl Lekler Bakıdakı qələbəsini üç gün əvvəl vəfat edən atasına həsr edib

24 İyun 2017 16:22

"Cəhənnəmin qapılarını bağladı" -

24 İyun 2017 16:21