Bu il 39 dövlət qurumunun 455 elektron xidməti qiymətləndirilib

05:18 19 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 19 dekabr, AZƏRTAC
Cari ildə 39 dövlət qurumunun 455 elektron xidməti qiymətləndirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında bildirilir.
Agentlik dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı vəziyyətin dəyərləndirilməsi, xidmətlərin təşkili üçün tələb olunan İT və kadr resurslarının təmin olunması səviyyəsinin müəyyənləşdirilməsi, istifadə edilən məlumat bazalarının elektronlaşdırılması və sistemlərarası inteqrasiyanın təmin edilməsi səviyyəsinin öyrənilməsi istiqamətində işlər görür.
Hər bir elektron xidmətin “Elektronlaşma və əlaqəlilik səviyyəsi”, “İnformasiya açıqlığı və əldəolunma (giriş) səviyyəsi” və “İstifadə rahatlığı səviyyəsi” meyarları əsasında və bu meyarlar üzrə qiymətləndirilməsi aparılır. Hər bir meyar üzrə parametrlər müəyyən edilib ki, işçi qrup tərəfindən həmin parametr və meyarlar əsasında dövlət orqanlarının elektron xidmətləri qiymətləndirilir.
Agentlik tərəfindən həyata keçirilən qiymətləndirmənin yekunu olaraq hər bir dövlət orqanı üzrə hazırlanan arayışda xidmətlərin daha yaxşı təşkil edilməsi ilə bağlı konkret təkliflər qeyd edilir.
Elektron xidmətlərin qiymətləndirilməsi ilə bağlı yekun hesabat 2016-cı ilin əvvəlində ictimaiyyətə təqdim ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_39_dovlet_qurumunun_455_elektron_xidmeti_qiymetlendirilib-912597

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR