Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Krım tatarlarının lideri Türkiyə səfərindən danışdı

Krım tatarlarının lideri Türkiyə səfərindən danışdı

Date: 19 December 2015 06:04

“Türkiyə Ukrayna ilə ikitərəfli iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır, ölkələr azad iqtisadi zona haqqında saziş imzalaya bilər”.

 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna prezidentinin Krım tatarlarının işləri üzrə müvəkkili Mustafa Cəmilov Türkiyəyə səfərini şərh edərkən bildirib.

 

Onun sözlərinə görə, Türkiyə rəhbərliyi ilə görüşlərdə iki ölkə arasındakı qarşılıqlı münasibətlər müzakirə olunub.

 

“Ukrayna və Türkiyə arasında azad iqtisadi zonanın yaradılması imkanlarını müzakirə etdik. Gələn ilin əvvəlində Türkiyənin baş naziri Ukraynaya səfər edəcək, martda isə Pyotr Poroşenkonun Ankaraya rəsmi səfəri nəzərdə tutulub. Bir sözlə, münasibətlərimizi inkişaf etdirəcəyik”, deyə M.Cəmilov qeyd edib. O əlavə edib ki, Ukrayna və Türkiyə iş adamlarının biznes forumu keçiriləcək.

 

M.Cəmilov həmçinin bildirib ki, görüşdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA)  iki ölkənin  fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.


Tags:  Krım tatarlarının lideri Türkiyə səfərindən danışdı

RƏYLƏR


Top news