Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​Prezident Barak Obama ABŞ-dan neft ixracına qadağanı ləğv edib

​Prezident Barak Obama ABŞ-dan neft ixracına qadağanı ləğv edib

Date: 19 December 2015 06:22

Bakı. 19 dekabr. REPORT.AZ/ Birləşmiş Ştatlar prezidenti Barak Obama ölkənin gələn il üçün büdcəsinə dair qanunu təsdiq edib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, sənədin mühüm maddələrindən biri 40 ildə ilk dəfə olaraq ABŞ-dan neft qadağasının ləğvidir.
Sənədi bunadək Konqresin Yuxarı palatası və Senat, ötən gün isə Nümayəndələr palatası təsdiq edib.
2016-cı ildə Birləşmiş Ştatların dövlət büdcəsi 1,1 trilyon dollar təşkil edəcək. Bundan əlavə, paketə fiziki və hüquqi şəxslər üçün, məsələn alternativ enerjinin inkişafı üçün vergi güzəştləri qismində 680 milyard dollar da daxil edilib.
ABŞ-dan neft ixracına qadağa hələ 1970-ci illərdə tətbiq edilib. O zaman ölkə ərəb dövlətlərinin neft embarqosu ilə əlaqədar daxili bazarda yanacaq çatışmazlığından əziyyət çəkirdi.

Tags:  Prezident Barak Obama ABŞ-dan neft ixracına qadağanı ləğv edib


RƏYLƏR


Top news