Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

İran XİN rəhbəri: “Bu haqda heç nə bilmirəm”

İran XİN rəhbəri: “Bu haqda heç nə bilmirəm”

Date: 19 December 2015 06:59

“Suriya prezidenti Bəşər Əsədin İrana səfəri ilə bağlı məlumatım yoxdur”.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nyu-Yorkda “Suriyaya dəstək qrupu"nun görüşündə iştirak edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

 

“Mən bu haqda heç nə bilmirəm”, deyə görüşün kuluarlarında İran XİN rəhbəri jurnalistlərə bildirib.

 

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyadan sonra İrana səfər edəcəyi barədə xəbər yayılıb.

 

Xatırladaq ki, Bəşər Əsədin oktyabrın 21-də Moskvaya səfəri edib. Bu, 2011-ci ilin əvvəlindən etibarən Əsədin ilk xarici səfəri olub.


Tags:  İran XİN rəhbəri Bu haqda heç bilmirəm


RƏYLƏR


Top news