Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nyu-Yorkda Suriya üzrə konfrans başa çatıb

Nyu-Yorkda Suriya üzrə konfrans başa çatıb

Date: 19 December 2015 07:37

Nyu-Yorkda "Suriyaya dəstək qrupu"nun konfransı başa çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, tədbirdə 18 ölkənin XİN rəhbəri, o cümlədən BMT baş katibi Pan Qi Mun, onun Suriya üzrə xüsusi elçisi Stafann de Mistura, Ərəb Ölkələri Liqası və İslam Konfransı Təşkilatının nümayəndələri iştirak edib.
 
Konfransdan dərhal sonra BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək. İclasda Suriya üzrə mühüm qərarın qəbul edilməsi gözlənilir.
 
Oktyabrın 30-u və noyabrın 14-də Vyanada Suriya üzrə çoxtərəfli görüşlərin iştirakçıları yanvarın 1-dən rəsmi Dəməşq və müxalifət arasında dialoqun başlanmasına dair danışıqlar aparıblar. Razılaşmaya əsasən altı ay ərzində Suriyada yeni hökumət yaradılmalı, ölkə Konstitusiyasına yenidən baxılmalı, 18 ay ərzində isə ölkədə azad və ədalətli seçkilər keçirilməlidir. 
 
Vyana razılaşmalarına əsasən, Suriya hökuməti və müxalifət qüvvələri arasında dialoqun başlanması atəşkəs rejimini nəzərdə tutur. Atəşkəsə BMT-nin xüsusi monitorinq qrupu nəzarət edəcək.

Milli.Az


Tags:  Nyu-Yorkda Suriya üzrə konfrans başa çatıb


RƏYLƏR


Top news