Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azər Türk Bank"ın "AzeriCard" prosessinq mərkəzinə keçidi başa çatıb

"Azər Türk Bank"ın "AzeriCard" prosessinq mərkəzinə keçidi başa çatıb

Date: 19 December 2015 07:43


Bakı, 19 dekabr, AZƏRTAC
"Azər Türk Bank" ASC-nin "AzeriCard" prosessinq mərkəzinə keçidi uğurla başa çatdırılıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, artıq bankın bütün ödəmə kartları və terminal şəbəkəsi "AzeriCard" prosesinq mərkəzi tərəfindən dəstəklənir. "Azər Türk Bank"ın müştəriləri "MasterCard International" Beynəlxalq Ödəniş Sisteminin ödəmə kartları vasitəsilə bankın "Card to Card Transfer", "Сash In", "Cash To Any Card", "POS Credit", "SMS Bildiriş", "PIN Change", "Internet Banking", "MobilBank", müxtəlif onlayn ödəmə xidmətlərindən daha asan, rahat və tam təhlükəsiz istifadə edə bilərlər. Eyni zamanda, bankın kart sahibləri Azərbaycan Beynəlxalq Bankının bankomatlarından əlavə komisyon ödəmədən "Azər Türk Bank"ın öz bankomatlarında tətbiq olunan tariflərdən yararlana bilərlər.

Tags:  Azər Türk Bankın AzeriCard prosessinq mərkəzinə keçidi başa çatıb


RƏYLƏR


Top news