Bakıda 29 yaşlı kişi qətlə yetirilib - FOTO

Bakıda 29 yaşlı kişi qətlə yetirilib - FOTO
08:12 19 Dekabr 2015
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakıda 29 yaşlı kişi aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində baş verib.
 
Ağadadaş Qurbanov küçəsi 77 ünvanında 29 yaşlı Adil Məmmədov bıçaqlanıb. O, təcili tibbi yardım briqadası tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlər Adil Məmmədovun öldüyünü müəyyən ediblər.
 
Polis və prokurorluq əməkdaşları hadisənin baş verdiyi evdə müayinələr aparıblar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Adil Məmmədovun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil. Faktla bağlı heç kim şübhəli şəxs qismində saxlanılmayıb. Adil Məmmədovun öz-özünə bıçaq xəsarəti yetirdiyi və bunun nəticəsində öldüyü də istisna edilmir.
 
Faktla bağlı Nəsimi rayon prokurorluğundan cinayət işi başlanılıb, araşdırma aparılır.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/391407.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR