Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda məktəbdənkənar müəssisələrlə bağlı yeni qaydalar hazırlanacaq

Azərbaycanda məktəbdənkənar müəssisələrlə bağlı yeni qaydalar hazırlanacaq

Date: 19 December 2015 08:13

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda məktəbdənkənar müəssisələrlə bağlı yeni qaydalar hazırlanacaq. Bunu Trend-ə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova deyib.

Onun sözlərinə görə, məktəbdənkənar müəssisələrin işinin düzgün tənzimlənməsi, fəaliyyəti haqqında mövcud vəziyyət və gələcək iş planının müəyyənləşdirilməsi üçün yeni hesabat qaydaları hazırlanacaq: “Bu, məktəbdənkənar müəssisələrlə bağlı keçirdiyimiz islahatlardan biridir. Yeni hesabat formasında həm uşaqların dəqiq sayını, həm də onların yaş kateqoriyası üzrə bölgülərini, rüblük və illik işləri əks etdirən bəndlər ayrılacaq, müəssisələrin gələcək planlarının qeyd edilməsi üçün də dəyişiklik ediləcək”.

A.Həsənova deyib ki, yeni hesabat qaydaları məktəbdənkənar müəssisələrə cəlb edilən uşaqların daha dəqiq sayını müəyyənləşdirməyə imkan verəcək: “Təbii ki, bizim uşaqları bir-bir saymaq imkanımız yoxdur. Bunun üçün yeni hesabat qaydasında bəzi məqamların xüsusi qeyd olunmasına çalışacağıq. Təhsil Nazirliyi olaraq, istədiyimiz odur ki, məktəbdənkənar təhsil müəssisələrinə nə qədər, hansı yaş kateqoriyası üzrə uşağın gəldiyini dəqiq bilək. Bunun da əsasında onların maraq dairəsinə uyğun dərnəklər, istiqamətlər təklif ediləcək. Maraqlar üst-üstə düşməsə, tələbat azalacaq, onda görülən işlər də faydasız olacaq”.

Sektor müdiri qeyd edib ki, bu qaydalar hazır olduqdan sonra məktəbdənkənar müəssisələrlə bağlı davamlı monitorinqlərin keçirilməsi nəzərdə tutulur.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Azərbaycanda məktəbdənkənar müəssisələrlə bağlı yeni qaydalar hazırlanacaq

RƏYLƏR


Top news