Obama neftlə bağlı mühüm sənəd imzalayıb

Obama neftlə bağlı mühüm sənəd imzalayıb
08:22 19 Dekabr 2015
46 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obama Konqresin 2016-cı il üçün təsdiqlədiyi federal büdcəni imzalayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
 
Büdcəyə əsasən xam neft ixracına olan 40 illik qadağa ləğv olunub.
 
Qeyd edək ki, ABŞ-dan xam neftin xaricə tədarükünə qadağa 1975-ci ildə qoyulmuşdu. Bu hüquqi-normativ akt  Yaxın Şərqdə münaqişə nəticəsində yaranmış enerji böhranı dövründə, ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra tətbiq edilmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/391414.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR