Millət vəkillərimizin Yeni il planları

Millət vəkillərimizin Yeni il planları
08:27 19 Dekabr 2015
55 Digər
Ölkə mətbuatı
A- A+

Artıq Yeni ilin gəlişinə sayılı günlər qalıb. Hər kəs bu bayramı bir qayda olaraq, müxtəlif yerlərdə, fərqli mühitdə keçirir. Kimisi bayramı evində, ailəsi və qohumları ilə birgə keçirir, kimisi isə Yeni ili qeyd etmək üçün xaricə üz tutur. Bir sözlə, hamının bayram ilə bağlı müxtəlif planları var. 

Milli.Az bildirir ki, anspress millət vəkillərinin bayramı harada və necə keçirəcəyi barədə maraqlı araşdırma aparıb. Deputatlarımız Yeni illə bağlı planlarını açıqlayıblar.

Millət vəkili Vahid Əhmədov bayram günü Qubada olacağını dedi: "Məndə olan məlumata görə, insanlar Yeni ili Dubayda, Gürcüstanda keçirməyə üstünlük verirlər. Amma bu, düzgün deyil. Xüsusən, iqdisadiyyatın zəif olduğu bir vaxtda yaxşı olar ki, hamı pulu elə Azərbaycanda xərcləsin", - deyə Vahid Əhmədov əlavə etdi.

Fazil Mustafa deyir ki, Yeni ili xüsusi təntənə ilə keçirməyi sevmir: 

"Bayramı yalnız uşaqlara görə keçirirəm. Onlar Şaxta Baba, Qar Qızı, yolka görürlər, biz də bu şəraiti onlara təşkil edirik. Amma özümün Yeni ilə bir münasibətim yoxdur, nə mənfi, nə müsbət. Amma bayram günü evdə oluram. Bir dəfə olub ki, Yeni ili İsmayıllıda keçirmişik. Ümumiyyətlə, bayram vaxtı ya evdə, ya bağda oluruq. Çoxu xaricə gedir, amma hesab edirəm ki, bu yorğunluqdan başqa bir şey deyil. Həm də nəyə görə belə tədbirlərdə vəsaiti xaricə sərf edim ki... Əyləncə yerlərinə getmirəm, evdə, yaxud rayonda da olsam, bilirəm ki, vəsait öz ölkəmə xərclənir", - deyə millət vəkili qeyd etdi.

Millət vəkili Bahar Muradova deyir ki, hələ indiyədək heç vaxt nə Novruz bayramını, nə də Yeni ili xaricdə keçirməyib: 

"Məndə belə bir inam var ki, hər kəs bayramda öz evində olmalıdır. Nə qədər ki, mən varam və nə qədər ki, Yeni il, Novruz bayramı olacaq, mən də onları evimdə keçirəcəm", - deyə Bahar Muradova qeyd elədi. 

Çingiz Qənizadə də bayramı ölkəmizdə keçirməyə üstünlük verdiyini söylədi: 

"Yeni il gecəsini xoşlayıram ki, ya dostlarımdan bir ailə, ya da qohumlarımdan bir ailə bizim evdə olsunlar. Sevirəm yaxınlarımı süfrə arxasına toplayım. Bir qayda olaraq, heç bir bayramı xaricdə keçirməyə üstünlük verməmişəm. Bəzən bayram yeməyindən sonra ola bilər ki, ailəvi dəniz kənarına gedək, vəssalam. Əgər bayram günü 3-5 nəfəri sevindirə bilirəmsə, bundan böyük xoşbəxtlik ola bilməz. Pulu çox olan insanlar da məncə, belə etsələr daha yaxşı olar", - deyə Çingiz Qənizadə vurğuladı.

Hazırda xaricdə olan Qənirə Paşayeva Yeni ildə Tovuzda olacağını və heç bir xarici ölkəyə getməyəcəyini söylədi. O deyir ki, seçicilərlə bayram keçirməyi çox sevir.

Nizami Cəfərov hələ ki, bayramı harada keçirməyi müəyyənləşdirmədiyini bildirdi: 

"Çox güman ki, bayramda Bakıda olacam, vaxt olsa, Ağstafaya gedəcəm. Xarici ölkələrə qışda getməyi sevmirəm. Bəziləri Yeni ili gedib Dubayda keçirir, belə insanlar mənə çatmır. Qışın və Yeni ilin gözəlliyi odur ki, soyuq olsun. Olub ki, qışda Moskvaya gedim. Amma bu il hələ ki, planlaşdırmamışam bayramda dəqiq harada olacam. Amma xaricdə keçirməyə də yaxşı baxıram. Bayramda xaricə getməyə ona görə üstünlük verilir ki, bayram özü istirahət günü deməkdir. İş vaxtı insanların harasa getməyə vaxtları olmur, ona görə, bayramlarda xaricə gedirlər. Həm də xaricə getmək üçün cibinin dolu, bir də zamanın olması yetərlidir", - deyə deputat vurğuladı.

"Bir qayda olaraq, mən Yeni ili evdə keçirirəm. Ailəmdə bu mövzu müzakirə olunmur. Çünki hamı bilir ki, mən ili mütləq evimdə qarşılamalıyam. Hamı gərək belə eləsin. Hesab edirəm ki, Yeni il gələndə hər kəsin qapısını döyür və mütləq içəridən bir hənilti səsləri gəlməlidir", - deyə millət vəkili Aydın Mirzəzadə qeyd elədi.

Məlahət İbrahimqızı nəinki Yeni ili, bütün bayramları öz evində keçirməyi sevdiyini söylədi: "Onsuz da adi vaxtlar işlə əlaqədar xarici ölkələrə gedirik, amma bayramlarda həmişə öz evimdə, ailəmlə birgə olmağı xoşlayıram", - deyə xanım vəkil əlavə etdi.

Səyavuş Novruzov isə bayramla bağlı hələ ki, heç bir planının olmadığını söylədi. Onun sözlərinə əsasən, bu həm xarici ölkələdən biri də ola bilər, həm də Azərbaycan da ola bilər.

Millət vəkillərinin bayramla bağlı planlarından belə məlum oldu ki, onlar xarici ölkələrə gedib pul xərcləməkdənsə, öz vətənində qalıb yeni ili doğmaları ilə keçirməyi üstün tuturlar. Xüsusən, iqtisadiyyatın, büdcənin azaldığı bir vaxtda nəinki yüksək vəzifəli şəxslər, sıravi vətəndaşlar da bayramı Azərbaycanda, onun gözəl bölgələrində keçirsələr, daha yaxşı olar. Amma yenə də, bayramı harada keçirməkdən asılı olmayaraq, hamıya Yeni ili uğurlu, xoş qarşılamağı, süfrələrinin bol olmasını diləyirik!

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Əfqan Muxtarlının işi Meydan.tv-nin işi ilə birləşdirildi

29 İyun 2017 16:49

Xanımlar kişiləri bu üsulla yoldan çıxarır - Bürclərin inanılmaz BACARIQLARI

29 İyun 2017 16:48

Əfqan Muxtarlının şikayəti təmin edilmədi

29 İyun 2017 16:47

Ukrayna "Eurovision" müsabiqəsindəki qalmaqala görə cərimələnə bilər

29 İyun 2017 16:47

“Terrorçuları qəhrəman elan edib, heykəl ucladırlar” – Millət vəkili

29 İyun 2017 16:39

Trampdan Putinlə görüş təlimatı - GÜZƏŞTLƏRİN SİYAHISI HAZIRLANIR

29 İyun 2017 16:38

DİN-nin zabitlərinə ali xüsusi rütbələr və medallar verildi

29 İyun 2017 16:38

Azərbaycanda sərnişin avtobusu yandı

29 İyun 2017 16:37

Məktəbdaxili qiymətləndirmə mövzusunda seminar keçirilir

29 İyun 2017 16:37

Bakıda insanlara bomba həyəcanı yaşadan şəxs ruhi xəstə imiş

29 İyun 2017 16:37

Rəqəmli transformasiya texnologiyaları üçün xərclər 1,2 trilyon dollaradək artacaq

29 İyun 2017 16:35

2018-ci ildə ekrana qurulan barmaq izi skaneri təqdim ediləcək

29 İyun 2017 16:35

Növbəti Olimpiya Oyunlarında “Intel 5G” texnologiyası nümayiş ediləcək

29 İyun 2017 16:35

“Yaramaz mən 3” təqdim edildi

29 İyun 2017 16:35

DİN-in əməkdaşları təltif edildi - SƏRƏNCAM

29 İyun 2017 16:34

Səhrada qanlı döyüş və ABŞ-ın Körfəzdə böyük oyunu – TƏHLİL

29 İyun 2017 16:33

Türkiyə prezidentinin Almaniyada türklər qarşısında çıxışına icazə verilməyib

29 İyun 2017 16:32

Neftçalada sərnişin avtobusu yanıb

29 İyun 2017 16:27

Olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasını təmsil edəcəyinə dair iddia ortaya çıxıb

29 İyun 2017 16:27

Futbol dünyasını şoka salan açılaqma: cadugərə pul verib...

29 İyun 2017 16:27

Dünyanın ən yaraşıqlı məhkumu Mənsimovun yaxtasında - FOTO

29 İyun 2017 16:27

Yanğınsöndürən maşında qadınla min oyundan çıxdı - FOTOLAR

29 İyun 2017 16:23

"Deyir ki, sənin ağzını-burnunu qıracağam" - Azərbaycan dilində rep yazan türk aktyor - VİDEO - FOTO

29 İyun 2017 16:22

Bu polis zabitləri general-mayor oldu - SİYAHI

29 İyun 2017 16:19

Azərbaycan Prezidenti DİN-in bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb

29 İyun 2017 16:17

MTN əməkdaşı adı ilə 1 milyon manat dələduzluq edən qadın məhkəmə qarşısında

29 İyun 2017 16:17

Arif Məmmədov və Elnur Mirzəyevlə bağlı istintaq dayandırılıb

29 İyun 2017 16:14

Rusiya Azərbaycana daha 15 "Tank qatili" göndərəcək

29 İyun 2017 16:12

Sarkisyan hökumət binasında etirazla qarşılandı

29 İyun 2017 16:12

Daxili İşlər Nazirliyinin bir qrup zabitinin rütbələri artırıldı

29 İyun 2017 16:12

Prezident İlham Əliyev DİN-in 4 polkovnikinə general-mayor ali xüsusi rütbəsi verib

29 İyun 2017 16:12

Məşhurlarımız hansı falçının yanına gedir?

29 İyun 2017 16:10

İŞİD nə qədər yaşayacaq? - MƏRUZƏ

29 İyun 2017 16:08

Hərənin öz arşını mənzil bölgüsünə tətbiq olunsunmu?

29 İyun 2017 16:05

Paytaxtda silah satan şəxs tutuldu - VİDEO - FOTO

29 İyun 2017 16:05

ABŞ-dan yeni kəşf: Tibdə iynə dövrü geridə qalır

29 İyun 2017 16:03

Azərbaycanda özəlləşdirmədən daxilolmalar azaldıla bilər

29 İyun 2017 16:02

TAP-ın Yunanıstan hissəsi üçün boruların 75%-i qəbul edilib

29 İyun 2017 16:02

Kamran Əliyev Gürcüstanın baş prokuroru ilə görüşüb

29 İyun 2017 16:02

Bakıda silah satan şəxs tutulub

29 İyun 2017 16:02

Oğru qarğa poçtalyonu bıçaqladı: Polis axtarır - FOTO

29 İyun 2017 15:58

Nyu-York məhkəməsi Azərbaycan Beynəlxalq Bankının xeyrinə qərar çıxarıb

29 İyun 2017 15:57

Təcili yardım maşını ağır qəza törətdi - MİNGƏÇEVİRDƏ

29 İyun 2017 15:53

Bakı-İstanbul sərnişin avtobusu Yevlaxda yük maşını ilə toqquşub

29 İyun 2017 15:52

Azərbaycanın əməkdar artisti Bişkekdə klassik musiqi festivalında iştirak edir

29 İyun 2017 15:52

Validə Abbasova elə şəkillər paylaşdı ki... - "Təəssüratım seksual" - FOTOLAR

29 İyun 2017 15:49

10-dan artıq əməl artıq cinayət hesab edilməyəcək

29 İyun 2017 15:44

Azərbaycanda bakirəliyin bərpası: harada, necə, neçəyə?

29 İyun 2017 15:42

Bakıda hava limanında şübhəli çanta: rentgen aparatı cinayəti aşkarladı

29 İyun 2017 15:42

Aygün Bəylərin qətldə təqsirləndirilən qardaşı məhkəmədə ifadə verib: "Narkotiki istifadə etmək üçün əkmişdik"

29 İyun 2017 15:42